Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Süleyman Həsənovun və 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Xəyal Məmmədovun, İbrahim Məmmədovun, Kamran Şabanovun, Ramil Abbasovun, Məhərrəm İbrahimovun və Asif Əhmədovun ailələrini ziyarət ediblər.
Görüşlər zamanı şəhidlərimizin xatirəsi dərin hörmət və ehtiramla yad olunub, onların torpaqlarımızın işğaldan azad edilməsində göstərdikləri şücaətdən bəhs olunub.
Şimal-Qərb Regional Mərkəzinin rəhbəri P.Məmmədov şəhid ailələrinin və qazilərin hüquqlarının müdafiəsinə Ombudsman tərəfindən daim xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edib.
Mətbuat xidməti