• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Mətbuat Şurasında jurnalist Aida Eyvazovanın 60 illik yubileyi qeyd edilib

23-11-2023, 10:30 | Baxılıb: 220
“Mətbuat Şurasında jurnalist Aida Eyvazovanın 60 illik yubileyi qeyd edilib

Bu gün Azərbaycan Mətbuat Şurasında AZTV-nin Xəbərlər departamentinin redaktoru, yazıçı və publisist Aida Eyvazovanın 60 illik yubileyi ilə bağlı toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarın uzunmüddətli jurnalist fəaliyyətinin örnək səciyyə daşıdığını deyib. O bildirib ki, peşəsindəki ilk addımların 1982-ci ildə dahi Nəsir İmanquliyevin “Bakı” və “Baku” axşam qəzetində atmış A.Eyvazova 1990-cı ildə Özbəkistanda indiki Uluqbek adına Milli Universitetin jurnalistika fakültəsini bitirib. Azərbaycanda ilk müstəqil nəşr olan “168 saat”da, daha sonra “Panorama” qəzetində çalışıb. 1997-ci ildən həm “Panorama”nın, həm də Space Müstəqil Televiziya Şirkətinin Sumqayıt şəhəri üzrə müxbir postunun rəhbəri olub.
R.Məcid A.Eyvazovanın Lider TV-nin Qazaxıstan və Mərkəzi Asiya Respublikaları üzrə müxbiri olduğunu, 2006-2013-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin eyni mərkəz üzrə bürosuna rəhbərlik etdiyini, müxtəlif illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdindəki “Kultura+” İnternet televiziyasında Azərbaycan dili redaksiyasının redaktoru, “Discovery Azerbaijan” elmi-kütləvi turizm jurnalının “Turan” bölməsinin redaktoru işlədiyini, hazırda ASAN Radionun efirində səslənən “Azərbaycan tarixi” layihəsinin müəllifi kimi də fəaliyyət göstərdiyini xatırladıb. O, yubilyarın aktiv jurnalist fəaliyyətində Azərbaycanın, Türk dünyasının tarixi ilə bağlı yaradıcılıq nümunələrinin çoxluq təşkil etdiyini, A.Eyvazovanın Mərkəzi Asiya Respublikalarında diaspor təşkilatlarımızın güclənməsinə misilsiz töhfə verdiyini vurğulayıb.

Mətbuat Şurasında jurnalist Aida Eyvazovanın 60 illik yubileyi qeyd edilib


MŞ sədri çıxışında tanınmış qələm sahibinin 1937-ci ildə sürgün olunmuş azərbaycanlıların həyatından bəhs edən “Məhbus qadınlar” adlı film hazırlamasını, dolğun məzmunlu yazılar yazmasını, Özbəkistan mədəniyyətində və tarixində silinməz izlər buraxmış azərbaycanlı insanların həyat və yaradıcılıqları haqqında Azərbaycanın və Mərkəzi Asiyanın qəzet və jurnallarında silsilə məqalələrlə, təhqiqat əsərləri ilə çıxış etməsini, yaradıcılığında Türk dünyasının görkəmli şəxsiyyətlərinin həyatlarının araşdırılmasına önəm verməsini böyük xidmət nümunələri kimi səciyyələndirib. O, qələm sahibinin Vətən uğrunda gedən döyüşlərdə canından keçmiş övladlarımızın cəmiyyətə tanıdılması istiqamətində gördüyü işlərin, yazdığı kitabların müstəsna qədirbilənlik nümunəsi olduğunu da dilə gətirib. R.Məcid çoxşaxəli fəaliyyət diapazonuna malik A.Eyvazovanı Mətbuat Şurasının diplomu ilə təltif edib. Toplantıda yubilyara, həmçinin, çalışdığı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Fəxri Fərmanı da təqdim olunub.
Tədbirdə çıxış edənlərdən Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova, Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Dağbəyi İsmayılov, ehtiyatda olan polkovnik Nizami Qocayev, əməkdar jurnalist Rəhim Hüseynzadə, MŞ İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu, yazıçı-jurnalist Dilarə Quliyeva, “Bakupost.az” saytının rəhbəri Elçin Zahiroğlu, yazıçı-jurnalist Varis Yolçuyev, yubilyarın dostları – Nəzakət Zeynalova və Pərvanə Tağıyeva, habelə MŞ-nin icraçı katibi Əvəz Rüstəmov, Şuranın icraçı katibinin müavini Fəridə Ağazadə və başqaları A.Eyvazovanı fədakar və cəsarətli qələm sahibi, istedadlı jurnalist, əsl vətənpərvər, qayğıkeş dost kimi xarakterizə edən cəhətlərə, onun yaradıcılığının ayrı-ayrı məqamlarına diqqət yetirib, xatirələrini bölüşüblər.
A.Eyvazova çoxillik əməyinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.скачать dle 10.6фильмы бесплатно


220

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.