• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi yekunlaşdı

29-12-2023, 10:30 | Baxılıb: 267
“III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi yekunlaşdı

III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi yekunlaşdı



III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi yekunlaşdı
Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkil etdiyi 21-27 dekabr 2023-cü il tarixləri aralığında baş tutmuş III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsi yekunlaşıb. Düşərgənin sonunda Fond tərəfindən iştirakçılara hədiyyə və sertifikatlar təqdim edilib. Qeyd edək ki, düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş igid qəhrəmanlarımızın övladları iştirak ediblər. Bu bir həftə ərzində şagirdlər maraqlı və unudulmaz zaman keçirdilər. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bu düşərgdə iştirakçılar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər. Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Bir çox məhşur simalar - Miri Yusif, Rafael İsgəndərov, Hacı Əliyev düşərgəyə qonaq qismində qatıldılar. Həmçinin düşərgə iştirakçıları “Qarabağ FK” futbol komandasının bazasında olaraq futbolçularla və komandanın Baş məşqçisi Qurban Qurbanovla görüşmək, şəkil çəkdirmək imkanı əldə etdilər. Düşərgənin 5-ci günündə isə Amburan Mallda yerləşən Cinema Plusda və Sea Breeze Resort istirahət mərkəzində olaraq onlar üçün hazırlanmış əyləncəli proqramda iştirak etdilər.
Xatırladaq ki, layihənin ideya müəllifi İsveçrədə yaşayan və “İsveçrədəki azərbaycanlıların mədəniyyət mərkəzi” nin rəhbəri Qasım Nəsirovdur. Həmçinin Qasım Nəsirov düşərgədə təlimçi qismində də iştirak etmişdir.
Layihənin icrasına ötən ildən başlanılıb. Layihə çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları 18-24 iyul 2022-ci il tarixində Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təlimlər keçiblər. 7-13 avqust 2023-cü il tarixində isə düşərgənin 2-ci hissəsi İsveçrədə keçirilmişdir. Düşərgənin növbəti mərhələsinin Qazaxıstanda keçirilməsi nəzərdə tutulmuşdur.
III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin tərəfdaşları olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və onun “XƏZRİ” istirahət və sağlamlıq mərkəzinə, Sirab ASC, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzi, Cinema Plus, Sea Breeze Resort istirahət mərkəzi və Vətən Mərdəkan restoranına təşəkkürümüzü bildiririk.скачать dle 10.6фильмы бесплатно


267

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir
İran yenidən hava məkanını açır

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir

İran yenidən hava məkanını açır

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.