• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-illiyinə həsr edilmiş tədbir keçirilib

30-12-2023, 18:30 | Baxılıb: 220
“Ombudsman Aparatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-illiyinə həsr edilmiş tədbir keçirilib

Ombudsman Aparatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-illiyinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Dünya Azərbaycanlılarının Həmrəyliyi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə ilk olaraq dövlət himni səsləndirilib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva “Heydər Əliyev İli” çərçivəsində təsisat tərəfindən təşkil edilmiş silsilə tədbirlər və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün yaranma tarixi barədə danışıb.
Ombudsman dünya Azərbaycanlılarının hamisi olan Ümummilli Lider Heydər Əliyevin müxtəlif ölkələrdə yaşayan soydaşlarınızın təşkilatlanması, onların hüquqlarının qorunması istiqamətində mühüm işlər gördüyünü, onun təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Qurultayının keçirildiyini, bu müdrik siyasətin soydaşlarımızın milli mənlik şüurunun güclənməsi, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının fəallığının artmasında, Azərbaycan həqiqətlərinin xarici ölkələrdə yayılmasında mühüm rol oynadığını qeyd edib.
Müvəkkil Ulu Öndər Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi və diaspor quruculuğu sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Azərbaycan diasporunun mütəşəkkil bir qüvvəyə çevrildiyini söyləyib.
Daha sonra çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişi ilə ölkəmizin hərtərəfli inkişafı istiqamətində kompleks islahatların həyata keçirildiyini, Ulu Öndərin bu gün hər bir Azərbaycanlının qürur mənbəyinə çevrilmiş bir dövləti bizə miras qoyduğunu bildirib.
Tədbirin davamında Ombudsman Aparatının aparıcı məsləhətçisi Türkan Xəlilova görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dövlətçilik irsinin müasir gənclik və gələcək nəsillər üçün əsl nümunə olduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarına bu əlamətdar günə həsr olunmuş film nümayiş etdirilib və mövzu ilə bağlı müzakirələr aparılıb.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


220

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir
İran yenidən hava məkanını açır

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir

İran yenidən hava məkanını açır

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.