• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qar yağacaq, havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

8-01-2024, 19:00 | Baxılıb: 265
“Qar yağacaq, havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Gündüz tədricən zəifləyəcək.

Bu barədə Diaspor.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Əsasən axşam saatlarında arabir yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək, gecə və gündüz saatlarında 5°-dək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 10-u dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, 12-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarada qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların ( Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensiv olacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enərək, aran rayonlarında gecə 0-5° isti, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 6-11° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Yanvarın 11-də gecə bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.скачать dle 10.6фильмы бесплатно


265

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir
İran yenidən hava məkanını açır

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir

İran yenidən hava məkanını açır

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.