• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qarabağda demoqrafik vəziyyətin inkişaf mərhələləri barədə kitab alban dilində nəşr edilib

11-01-2024, 11:00 | Baxılıb: 194
“Qarabağda demoqrafik vəziyyətin inkişaf mərhələləri barədə kitab alban dilində nəşr edilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sifarişi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Demoqrafik Təhlil və Planlaşdırma" şöbəsinin müdiri, elmlər doktoru Rüfət Əfəndiyev tərəfindən hazırlanmış “Qarabağ əhalisinin etno-demoqrafik təkamülü: inkişaf mərhələləri” sərlövhəli təhlil Azərbaycanın Albaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi əsasında alban dilinə tərcümə olan kitab şəklində Tiranada nəşr edilib. DİASPOR.İNFO xəbər verir ki, Kitabda “XIX əsrdə Qarabağda etno-demoqrafik proseslər”, “XIX-XX əsrin sonlarında və AXC dövründə Qarabağın demoqrafiyası”, “SSRİ dövründə Dağlıq Qarabağ”, “1988-ci ildən sonra Dağlıq Qarabağın əhalisi”, “Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz köçürülmə” və “2020 -ci il sentyabrın 27-də dönüş nöqtəsi: İşğal olunan torpaqların azad edilməsi uğrunda Vətən müharibəsi” sərlövhəli yarımbaşlıqlar vasitəsilə tarixi həqiqətlər çatdırılıb. Həmçinin regionda etnotarixi proseslərin inkişaf tendensiyası, erməni əhalinin bölgəyə köçürülməsi, köçürülən erməni əhaliyə çar Rusiyası tərəfindən yaradılan xüsusi imtiyazlar, 1905-1907-ci illərdə və 1918-ci ilin martında Qarabağ, Naxçıvan, Lənkəran, Salyan, Quba və Bakı şəhərində azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlar, Cümhuriyyət dövründə ermənilərin Qarabağdakı separatçılıq fəaliyyəti, 1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarı ilə Ermənistan ərazisindən zorla deportasiya edilən etnik azərbaycanlıların vəziyyəti, 1980-ci ildən etibarən ermənilər tərəfindən yenidən başladılan anti-Azərbaycan siyasəti, onun xalqımız üçün acı nəticələri və məcburi köçkün və qaçqın problemi haqqında yunan ictimayyətinə geniş məlumat verilib. Eyni zamanda, kitabda Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun bütün cəbhə xətti boyunca apardığı genişmiqyaslı əməliyyatlardan və 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən danışılır.

Müəllifin Qarabağ əhalisinin etno-demoqrafik təkamülü ilə bağlı araşdırması göstərir ki, son iki əsr ərzində ermənilərin bu regiona köçürülməsi nəticəsində bölgə çoxvektorlu demoqrafik proseslərin, mürəkkəb miqrasiya reallıqlarının, eləcə də qanlı hadisələrin mərkəzinə çevrilib.

Bildirilin ki, kitabın alban dilində nəşrində əsas məqsəd ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi ilə bağlı tarixi həqiqətləri, həmçinin hər bir dövlət, o cümlədən Albaniya üçün fundamental dəyər daşıyan ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığının təmin edilməsi, qaçqın və məcburi köçkünlərin pozulmuş haqlarının bərpası istiqamətindəki Azərbaycanın haqlı mövqeyini alban ictimayyətinə çartdırmaqdan ibarətdir.скачать dle 10.6фильмы бесплатно


194

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir
İran yenidən hava məkanını açır

Məsud Pezeşkian bu gün Xankəndidə keçiriləcək İƏT sammitində iştirak edəcək

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib

Qazaxıstanın Baş naziri ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycandadır

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri yeni perspektivlər vəd edir

İran yenidən hava məkanını açır

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.