GƏLƏCƏK EMİNƏT HACIXANOVA KİMİ İSTEDADLI GƏNCLƏRİN ÇİYİNLƏRİ ÜZƏRİNDƏ DAHA GÜCLÜ OLACAQDIR.
Müasir dövrümüzdə bütün sahələrdə olduğu kimi tibb sahəsində də, yeniliklərə, ən son texnologiyaya və onlardan istifadə edən gənc mütəxəssislərə böyük ehtiyac var. Odur ki, bu gün dövlətimiz tərəfindən sözün hər mənasında savadlı gənclərimizə böyük və şəffaf şərait yaradılmışdır. Öz bilik və savadı ilə təkcə doğulduğu rayonda deyil, artıq paytaxt Bakıda da tanınmağa başlayan istedadlı gənclərdən biri də, Hacıxanova Eminət Cuma qızıdır. Eminət Hacıxanova hazırda “Mərkəzi Klinikada” tanınmış kardioloq Firdovsi İbrahimovun rezidentidir. Yaxın gələcəkdə peşəkar kardioloq kimi yetişərək vətəninə, xalqına xidmət edəcək gənc istedadı yaxından tanıyaq:”Hacıxanova Eminət Cuma qızı 1999-cu ildə Balakən rayonu Hənifə kədində, ziyalı ailəsində dünyaya gəlib. 2005-ci ildə Qazma kənd 1 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub.İlk bilikləri ibtidai sinif müəlliməsi Almaz Şabanovadan alıb. 5-ci sinifdən məktəbi bitirənə qədər oxuduğu siniflərinə rəhbərliyi Ayşə Keçiliyeva edib.
Eminət Hacıxanova oxuduğu müddətdə məktəbin direktoru sevimli müəlliməsi Aşənnə Mehdiyeva olub. Müəllimləri deyir ki, məktəbdə oxuduğu illər ərzində Eminət çox çalışqan, məsuliyyətli, bacarıqlı bir şagird kimi hamının yaddaşında iz buraxıb.Təbiət fənlərinə marağı onu uşaqlıqdan arzusu olduğu həkimlik sənətinə gətirib çıxarıb. Bu çətin yolda ailəsi, müəllimləri həmişə ona dəstək olublar. Eminət Hacıxanova təkcə oxuduğu məktəbin deyil, dəfələrlə yarışmalarda, olimpiadalarda iştirak edərək, rayonun da, şərəfini qoruyaraq uğurlar qazanıb. O, 2016-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib və 629 balla Azərbaycan Tibb Universitetinin "Müalicə işi" fakultəsinə daxil olub. O,universitet illərində də daima mütaliə edib. Şərəfli və məsuliyyətli bir peşənin sirlərini öyrənmək üçün var gücü ilə çalışan Eminət Hacıxanova 2022-ci ildə, əla qiymətlərlə, oxuduğu tibb universitetini də bitirib.
Daha sonra Rezidentura imtahanlarını uğurla verərək həmişə arzusunda olduğu kardiologiya şöbəsinə daxil olub. Yüksək nəticəsi onu “Mərkəzi Klinikaya” rezidentura keçməyə gətirib çıxardı.
Və hal-hazırda ölkəmizdə “İnvaziv kardiologiyada” peşəkar kimi yetişmiş ilk yerli mütəxəssislərdən biri olan Doktor Firdovsi İbrahimovun rezidentidir. Həkiminin zəngin iş bacarıqlarından, tibbi biliklərindən və kardiologiya sahəsində apardığı yeniliklərdən bəhrələnmək üçün çox böyük həvəs və səy göstərir .
Eminət Hacıxanova bu günə kimi qazandığı uğurlara görə ilk öncə ailəsinə, müəllimlərinə və hal-hazırda çalışdığı klinikaya minnətdar olduğunu bildirir.”
Əminik ki, Eminət Hacıxanova da digər istedadlı gənclər kimi yaxın bir zamanda tanınmış doktor Firdovsi İbrahimovdan rezident kimi aldığıbilik və bacarıqlardan dəyərlənərək peşəkar həkim kimi xalqına yüksək səviyyədə xidmət edəcəkdir.
ƏLMANİZ ƏLƏKBƏRLİ
BAŞ REDAKTOR.