ATİAHİ Respublika Komitəsinin 21 noyabr 2023-cü il tarixli qərarına əsasən 2024-cü ildə ATİAHİ Nizami rayon komitəsinin üzvü təşkilatlarında hesabat-seçki yığıncaqların keçirilməsi.
ATİAHİ RK-nin VIII Məclisi tərəfindən Qərara alınmışdır. 08 fevral 2024-cü il tarixdə 150 saylı körpələr evi-uşaq bağçasında hesabat-seçki yığıncağı keçirilmişdir. Tədbir Dövlət Himni və Şəhidlərin xatirəsi yad edilməklə başlamışdı.
150 saylı körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı komitəsinin sədri Esmira Məmmədovanın və Təftiş komissiyasının 2018-2023-cü illər üzrə 5 illik fəaliyyətləri hesabat şəklində dinlənilmişdi. Açıq səsvermə yolu ilə hər iki bağçanın ilk həmkarlar ittifaqlarının 3 nəfərlik və Təftiş komissiyalarının 1 nəfərlik yeni tərkibləri seçilmişdir.
İlk həmkarlar iitifaqı komitəsinin sədri Məmmədova Esmira İslam qızı 150 saylı körpələr evi-uşaq bağçasının kollektivi tərəfindən yenidən etimad göstərilərək İlk Həmkarlar İttifaqlarıı Komitəsinin sədrliyinə namizədliyi Hesabat-seçki yığıncağında təsdiqlənmişdir.
ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov yeni seçilənləri AHİK sədri S.Möhbalıyevin adından təbrik etmiş və tövsiyyələrini vermişdir.