• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Uşaq hüquqlarının pozulması halları ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) MÜRACİƏTİ

10-02-2024, 12:30 | Baxılıb: 189
“Uşaq hüquqlarının pozulması halları ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)  MÜRACİƏTİ

Uşaq hüquqlarının pozulması halları ilə bağlı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) MÜRACİƏTİ

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən aparılan araşdırmalara əsasən, mediada yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məlumatların, materialların media subyektləri və jurnalistlər tərəfindən yayılması zamanı qanunvericiliyin tələblərinin pozulması halları müşahidə edilir.
Belə ki, bir çox media subyektləri tərəfindən yetkinlik yaşına çatmayan şəxslərlə bağlı dərc olunan və ya yayımlanan materiallarda həmin şəxslərin fotoşəkli və ya videogörüntüləri də daxil olmaqla fərdi məlumatlarının aşkar surətdə verilməsi hallarına rast gəlinir. Bununla yanaşı, bəzi media subyektləri tərəfindən böyük izləyici kütləsini cəlb etmək məqsədilə uşaqların mənafeyinə, həyat və sağlamlığına zərər gətirməklə, onların iştirakı ilə sensasiya doğuran xəbər şəklində yayımlanan materiallar xüsusilə təəssüf doğurur.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
“Media haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, media subyekti və jurnalist tərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir.
Bununla yanaşı, həmin qanunda mediada informasiyanın dərc olunması və yayımlanması zamanı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməsinin vacibliyi təsbit edilmişdir.
Media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə edilməsi, yəni, açıqlanması qanunla qadağan edilən informasiyanın yayılması və ya informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlanması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Uşaqların həyat və sağlamlığı üçün təhlükə yaradacaq, onların özünə qəsd etməsinə səbəb ola biləcək materialların yayımlanması, belə materiallarda uşağa dair fərdi məlumatların yer alması yolverilməzdir.
Bu baxımdan, media subyektləri və jurnalistlər tərəfindən uşaqlarla bağlı hər hansı materialın yayılmasından öncə bunun səbəb ola biləcəyi nəticəyə mütləq diqqət yetirilməli və uşağın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir.
Hazırlanan materialın məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı və onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir. Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şərait yaradılmalıdır.
Qeyd edilənləri nəzərə alaraq, media subyektlərini və jurnalistləri peşə fəaliyyətlərini həyata keçirdikləri zaman uşaqların mənafelərini üstün tutmağa və uşaqlarla bağlı məlumatların yayılmasında həssas yanaşma nümayiş etdirməyə çağırıram.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)скачать dle 10.6фильмы бесплатно


189

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.