ATİAHİ Respublika Komitəsinin 21 noyabr 2023-cü il tarixli qərarına əsasən 2024-cü ildə ATİAHİ Nizami rayon komitəsinin üzvü təşkilatlarında hesabat-seçki yığıncaqların keçirilməsi.
ATİAHİ RK-nin VIII Məclisi tərəfindən Qərara alınmışdır. 12 fevral 2024-cü il tarixdə 227 saylı tam orta məktəbdə və 48 saylı körpələr evi-uşaq bağçasında hesabat-seçki yığıncaqları keçirilmişdir.
Hər iki təşkilatda tədbirlər Dövlət Himni və Şəhidlərin xatirəsi yad edilməklə başlamışdı.
227 saylı tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin sədri Nazilə Musayevanın və 48 saylı körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı komitəsinin sədri Gülzar İsayevanın və hər iki təşkilatın Təftiş komissiyasının 2018-2023-cü illər üzrə 5 illik fəaliyyətləri hesabat şəklində dinlənilmişdi.
Açıq səsvermə yolu ilə məktəbin ilk həmkarlar ittifaqının 5 nəfərlik və Təftiş komissiyasının 3 nəfərlik, bağçanın ilk həmkarlar ittifaqının 3 nəfərlik və Təftiş komissiyalarının 1 nəfərlik yeni tərkibləri seçilmişdir.
Musayeva Nazilə Kamal qızı 227 saylı tam orta məktəbin və İsayeva Gülzar İsmayıl qızı 48 saylı körpələr evi-uşaq bağçasının kollektivləri tərəfindən yenidən etimad göstərilərək İlk Həmkarlar İttifaqlarıı Komitəsinin sədrliklərinə namizədlikləri Hesabat-seçki yığıncaqlarında təsdiqlənmişdir.
ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov yeni seçilənləri AHİK sədri S.Möhbalıyevin adından təbrik etmiş və tövsiyyələrini vermişdir.