Hərbi sahədə aparılan islahatların nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidməti Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.
Diaspor info xəbər verir ki, Xidmət yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə nailiyyətlər qazanıb. Ordu quruculuğu prosesinin tərkib hissəsi kimi ölkəmizdə çağırış və səfərbərlik işini tənzimləyən modern mexanizmin formalaşdırılması uğurla həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəyə rəhbərliyi müstəqil Azərbaycanın iqtisadi inkişafı, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji önəm daşıyan istiqamətlərdə uğurların qazanılması ilə xarakterizə olunur. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasətin, həyata keçirdiyi islahatların nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri gündən günə daha da möhkəmlənib, döyüş qabiliyyətini artırıb.heyətinin komplektləşdirilməsi zamanı bilik və fiziki hazırlığın yoxlanılması prosesini uğurla keçən 21 nəfər Vətən müharibəsi iştirakçısı işə qəbul edilərək Xidmət rəisi tərəfindən onlara xidməti vəsiqələri təqdim olunub.
Bu gün Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Ali Baş Komandan İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaq.