ATİAHİ Respublika Komitəsinin 21 noyabr 2023-cü il tarixli qərarına əsasən 2024-cü ildə ATİAHİ Nizami rayon komitəsinin üzvü təşkilatlarında hesabat-seçki yığıncaqların keçirilməsi.
ATİAHİ RK-nin VIII Məclisi tərəfindən Qərara alınmışdır. 13 fevral 2024-cü il tarixdə 328 saylı tam orta məktəbdə və 122 saylı körpələr evi-uşaq bağçasında hesabat-seçki yığıncaqları keçirilmişdir. Qeyd edilən təşkilatlarda tədbirlər Dövlət Himni və Şəhidlərin xatirəsi yad edilməklə başlamışdı.
328 saylı tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin sədri Şəhla Əliyevanın və 122 saylı körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı komitəsinin sədri Təranə Əmiraslanovanın və hər iki təşkilatın Təftiş komissiyalarının 2018-2023-cü illər üzrə 5 illik fəaliyyətləri hesabat şəklində dinlənilmişdi.
Açıq səsvermə yolu ilə məktəbin və bağçanın ilk həmkarlar ittifaqlarının 5 nəfərlik və Təftiş komissiyalarının 3 nəfərlik yeni tərkibləri seçilmişdir. Bağçanın ilk həmkarlar ittifaqı komitəsinin sədri Əmiraslanova Təranə Siyab qızı 122 saylı körpələr evi-uşaq bağçasının kollektivi tərəfindən yenidən etimad göstərilərək İlk Həmkarlar İttifaqı Komitəsinin sədrliyinə namizədliyi Hesabat-seçki yığıncağında təsdiqlənmişdir.
Hesabat-seçki yığıncağında yeni seçilmiş Rüstəmova İlahə Nizami qızı 328 saylı tam orta məktəbin kollektivi tərəfindən açıq səsvermə yolu ilə namizədliyi qəbul edilmişdir.
ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov yeni seçilənləri AHİK sədri S.Möhbalıyevin adından təbrik etmiş və tövsiyyələrini vermişdir.