ATİAHİ Respublika Komitəsinin 21 noyabr 2023-cü il tarixli qərarına əsasən 2024-cü ildə ATİAHİ Nizami rayon komitəsinin üzvü təşkilatlarında hesabat-seçki yığıncaqların keçirilməsi.
ATİAHİ RK-nin VIII Məclisi tərəfindən Qərara alınmışdır. 14 fevral 2024-cü il tarixdə 312 saylı tam orta məktəbdə və 264 saylı körpələr evi-uşaq bağçasında hesabat-seçki yığıncaqları keçirilmişdir. Qeyd edilən təşkilatlarda tədbirlər Dövlət Himni və Şəhidlərin xatirəsi yad edilməklə başlamışdı.
312 saylı tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin sədri Könül Heydərlinin və 264 saylı körpələr evi-uşaq bağçasının həmkarlar ittifaqı komitəsinin sədri Təranə Nəzirovanın və hər iki təşkilatın Təftiş komissiyalarının 2018-2023-cü illər üzrə 5 illik fəaliyyətləri hesabat şəklində dinlənilmişdi.
Açıq səsvermə yolu ilə məktəbin bağçanın ilk həmkarlar ittifaqlarının 5 nəfərlik və Təftiş komissiyalarının 3 nəfərlik yeni tərkibləri seçilmişdir. Məktəbin ilk həmkarlar ittifaqı komitəsinin sədri Heydərli Könül Mirfaiqovna 312 saylı tam orta məktəbin kollektivi tərəfindən yenidən etimad göstərilərək İlk Həmkarlar İttifaqı Komitəsinin sədrliyinə namizədliyi Hesabat-seçki yığıncağında təsdiqlənmişdir.
Hesabat-seçki yığıncağında yeni seçilmiş Zeynalova Xəyal Əli qızı 264 saylı körpələr evi-uşaq bağçasının kollektivi tərəfindən açıq səsvermə yolu ilə namizədliyi qəbul edilmişdir.
ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov yeni seçilənləri AHİK sədri S.Möhbalıyevin adından təbrik etmiş və tövsiyyələrini vermişdir.