NƏZRİN ZAMİN QIZI MƏHƏRRƏMOVA YENƏ ƏLAÇI OLUB.
Zaqatala rayonu bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də respublikamıza öz töhfəsini verən rayonlardandır.
Bur rayonun məzunları arasında da 600-dən artıq bal toplayan abituriyentlər yetərincədir. Zaqatala şəhər "3" saylı tam orta məktəbin şagirdləri də keçirilən olimpiadalarda, bilik yarışmalarında aktiv iştirak edirlər. Məlumdur ki, bütün bu uğurların təməli ilk siniflərdə qoyulur. Zaqatala şəhər 3 saylı tam orta məktəbin 3-A sinif şagirdi Məhərrəmova Nəzrin Zamin qızı da gələcəkdə öz savadına arxayın olaraq, yüksək nailiyyətlər qazanacağını qarşısına məqsəd qoyanlardandır.
Nəzrinin sinif rəhbəri S. Dəmirçiyeva onun bu istedadını layiqincə qiymətləndirib və onu birinci yarımili əla qiymətlərlə bitirdiyinə görə Sertifikatla təltif edib. Bu təltif Nəzrin Məhərrəmovaya motivasiya verməklə yanaşı həm də onun üzərinə böyük məsuliyyət qoyur. Nəzrin Məhərrəmova əlaçı şagird kimi öz vəzifəmi yaxşı dərk edir və bundan sonra da belə çalışacağını qeyd edir.
Nəzrinin valideynləri də övladlarına yaxşı təhsil verdikləri üçün başda sinif rəhbəri S. Dəmirçiyeva olmaqla bütün pedaqoji kollektivə öz minnətdarlığını bildirirlər.
Əlmaniz Ələkbərli
Baş redaktor.