ATİAHİ Respublika Komitəsinin 21 noyabr 2023-cü il tarixli qərarına əsasən 2024-cü ildə ATİAHİ Nizami rayon komitəsinin üzvü təşkilatlarında hesabat-seçki yığıncaqların keçirilməsi.
ATİAHİ RK-nin VIII Məclisi tərəfindən Qərara alınmışdır. 16 fevral 2024-cü il tarixdə 201 saylı tam orta məktəbdə və Kimya-Biologiya təmayüllü Respublika liseyində hesabat-seçki yığıncaqları keçirilmişdir. Hər iki təşkilatda tədbirlər Dövlət Himni və Şəhidlərin xatirəsi yad edilməklə başlamışdı.
201 saylı tam orta məktəbin həmkarlar ittifaqı komitəsinin sədri Valeh Cəbrayılovun və Kimya-Biologiya təmayüllü Respublika liseyinin həmkarlar ittifaqı komitəsinin sədri Ağapaşa Əhlimanovun və hər iki təşkilatın Təftiş komissiyasının 2018-2023-cü illər üzrə 5 illik fəaliyyətləri hesabat şəklində dinlənilmişdi.
Açıq səsvermə yolu ilə məktəbin ilk həmkarlar ittifaqının 9 nəfərlik və Təftiş komissiyasının 3 nəfərlik, liseyin ilk həmkarlar ittifaqının 5 nəfərlik və Təftiş komissiyalarının 3 nəfərlik yeni tərkibləri seçilmişdir. Cəbrayılov Valeh Allahyar oğlu 201 saylı tam orta məktəbin və Əhlimanov Ağapaşa Koroğlu oğlu Kimya-Biologiya təmayüllü Respublika liseyinin kollektivləri tərəfindən yenidən etimad göstərilərək İlk Həmkarlar İttifaqlarıı Komitəsinin sədrliklərinə namizədlikləri Hesabat-seçki yığıncaqlarında təsdiqlənmişdir.
ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov yeni seçilənləri AHİK sədri S.Möhbalıyevin adından təbrik etmiş və tövsiyyələrini vermişdir.