• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Xocalı şəhərində növbəti kütləvi məzarlığın aşkarlanması ilə bağlı Ombudsmanın reaksiyası.

23-02-2024, 18:30 | Baxılıb: 199
“Xocalı şəhərində növbəti kütləvi məzarlığın aşkarlanması ilə bağlı Ombudsmanın reaksiyası.


Xocalı şəhərində növbəti kütləvi məzarlığın aşkarlanması ilə bağlı Ombudsmanın reaksiyası
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində davamlı şəkildə aşkar olunan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin izlərini üzə çıxarır.

Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Xocalı şəhəri ərazisində növbəti kütləvi məzarlığın tapılması faktı Ermənistanın inkar etməyə çalışdığı qeyri-insani əməllərini bir daha açıq şəkildə sübuta yetirmiş oldu. 

Belə ki, bu ilin 21 fevral tarixində Xocalı şəhərində bərpa-quruculuq məqsədilə qazıntı işləri aparılarkən növbəti kütləvi dəfn yeri aşkarlanmışdır. Ərazidə hələ də davam edən qazıntılar zamanı ilkin olaraq müəyyən edilmiş insan qalıqlarının əsasən qadın və uşaqlara aid olması, onların əllərinin kəndirlə bağlanması və işgəncələrlə qətlə yetirilməsi faktları Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət və soyqırımı siyasətini, müharibə və insanlıq əleyhinə törətmiş olduğu cinayətləri sübut edir. Dəhşətli faktlardan biri də ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olması ehtimalı ilə bağlıdır.

Bir daha xatırlatmaq istərdim ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının, o cümlədən Xocalı soyqırımı nəticəsində əsir və girov götürülmüş 150 nəfərin taleyi bugünədək məlum deyildir. Təəssüf ki, Ermənistan tərəfi bu illər ərzində itkin düşmüş şəxslərlə bağlı məlumatları, o cümlədən kütləvi məzarlıqların koordinatlarını ölkəmizə təqdim etməkdən yayınmış, yalnız azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi  istiqamətində Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində bir neçə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilmişdir.

Qeyd olunanları nəzərə alaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları bu cür faktlara biganə yanaşmamağa, Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət zəminində cinayət əməllərinin törədilməsində təqsirli olan şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi istiqamətində zəruri addımlar atmağa çağırıram. 
 
Səbinə Əliyeva 

Azərbaycan Respublikasının 
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
23 fevral 2024-cü ilскачать dle 10.6фильмы бесплатно


199

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.