• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bu gün Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın yaranmasının ildönümüdür

1-03-2024, 14:00 | Baxılıb: 194
“Bu gün Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın yaranmasının ildönümüdür

Bu gün Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın yaranmasının ildönümüdür. Azərbaycan Dövlət İnformasiya Agentliyinin 104 yaşı tamam olur. AZƏRTAC 1920-ci ildən başlayaraq respublikamızın salnaməsini yazıb, keçdiyimiz yola informasiya işığı tutub. Bu gün isə qalib ölkənin əsas xəbər qaynağı olaraq, inkişafının yeni dövrünü yaşayır, fəaliyyətini durmadan təkmilləşdirməyə davam edir.

Tarixə nəzər salsaq görərik ki, bir əsrdən çox yaşı olan AZƏRTAC çətin, mürəkkəb və şərəfli bir yol keçib, zaman-zaman bir çox sınaqlarla üzləşib. 1920–ci il martın 1-də fəaliyyətə başlayan Agentlik müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bildi. Sovet hakimiyyəti dövründə isə SİTA-nın filialına çevrilərək, xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşdi. Buna baxmayaraq, öz missiyasını çətinliklə olsa da, axıradək yerinə yetirdi.

AZƏRTAC-ın fəaliyyətini tarixi baxımdan bir neçə mərhələyə bölmək olar. Agentliyin həyatında əsaslı dönüş mərhələsi 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başladı. Agentlik müasir texniki avadanlıqla təchiz olundu, xəbər yayımının keyfiyyətində və operativliyində mühüm irəliləyiş əldə edildi. Yalnız onu demək kifayətdir ki, həmin dövrdə AZƏRTAC müttəfiq respublikaların informasiya agentlikləri arasında kompüterlərlə təchiz edilmə baxımından birincilər sırasında idi.qayğı sayəsində rəqabətədavamlılığı getdikcə artan, ən müasir texnologiyalarla təchiz edilən agentlik iki ildən çoxdur ki, hər cür şəraitə malik yeni binada fəaliyyət göstərir. Bu da informasiyanın keyfiyyətini və operativliyini durmadan yüksəltməyə, dünya informasiya məkanında daha inamla addımlamağa imkan yaradır. AZƏRTAC hazırda səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır. Agentlik Azərbaycan həqiqətlərini planetimizin, demək olar, bütün guşələrinə çatdırır, dünya səviyyəsində mötəbər, dürüst və qərəzsiz xəbər mənbəyi kimi qəbul olunur.Azərbaycan hazırda öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Vətən müharibəsində şanlı Zəfər, eləcə də uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkənin dövlət suverenliyinin tam bərpası, Prezident İlham Əliyevin 7 fevral seçkilərində inamlı qələbəsi ilə Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bununla ölkə mediasının qarşısında da geniş üfüqlər açılıb. Mətbuatın modernləşdirilməsi, dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində əsaslı islahatlar həyata keçirilir. AZƏRTAC da zamanın çağırışları və müasir tələblərlə ayaqlaşmaq üçün ardıcıl addımlar atır. Son vaxtlar agentlikdə aparılan struktur islahatları, kollektivin peşəkar kadrlarla komplektləşdirilməsi, xarici ölkələrdəki müxbir şəbəkəsinin təkmilləşdirilməsi, kreativ idarəçilik öz müsbət nəticələrini verməkdədir. Bu, xəbər arxitekturasını daim yeniləməyə, informasiya yayımını beynəlxalq standartlar səviyyəsinə çatdırmağa imkan yaradır. Ötən bir ildə Agentliyin loqosu və internet saytı yenilənib, işin keyfiyyətinin yaxşılaşdırılması üçün digər mühüm addımlar atılıb. Bütün bu işlər AZƏRTAC-ın fəaliyyətində özünü göstərib.

Əsası 104 il əvvəl qoyulan yol bu gün əzmlə davam etdirilir. AZƏRTAC dinamik inkişaf edən, qalib ölkəyə, dünyada nüfuz sahibinə çevrilən Azərbaycanın müasir tarixinin bitkin və real salnaməsini yaradır.

Naxçıvan televiziyas və NUHÇIXAN AZƏRTAC-da çalışan həmkarlarımızı təbrik edir, yeni uğurlar arzulayır.скачать dle 10.6фильмы бесплатно


194

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.