• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatında cari il üzrə təhsilalanların təcrübəsi başlayıb

1-03-2024, 19:30 | Baxılıb: 258
“Ombudsman Aparatında cari il üzrə təhsilalanların təcrübəsi başlayıb

Ombudsman Aparatında cari il üzrə təhsilalanların təcrübəsi başlayıb

Ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində 2023/2024-cü tədris ili üzrə 3 universitetin tələbə və magistrantlarının Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında istehsalat və elmi-tədqiqat təcrübəsi başlayıb. Birinci mərhələdə təcrübəyə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və Tibbi hüquq ixtisaslaşmaları üzrə magistrantları, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq, həmçinin Tərcümə fakültələrinin, Qərbi Kaspi Universitetinin Politologiya ixtisası üzrə təhsil alan tələbələri cəlb olunublar.
Təcrübənin ilk günündə Ombudsman Səbinə Əliyeva tələbə və magistrantlarla görüşərək, təsisatda gənclərin təcrübə keçməsinin ənənəvi hal olduğunu qeyd edib. Təhsilalanların bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların əmək bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli və qlobal çağırışlara cavab verəcək kadr kimi formalaşdırılmasına xidmət edən bu təcrübədən faydalanmağı tövsiyə edilib.
Görüşdə, həmçinin təcrübəçilərə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunu, o cümlədən digər qanunvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tanış olmağın əhəmiyyəti vurğulanıb.
Daha sonra ölkəmizdə insan hüquqlarının təmini istiqamətində həyata keçirilmiş islahatlar, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaranması və fəaliyyətinin hüquqi əsasları, Ombudsman Aparatının strukturu və digər məsələlər barədə Aparatın məsul əməkdaşları tərəfindən məlumat verilib. Müvəkkilin mandatının genişləndirildiyi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyətinin təsbit olunduğu, təsisatın fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar digər addımların atıldığı diqqətə çatdırılıb.
Sonda təcrübə prosesinin təşkili, təcrübə qaydaları və qiymətləndirilmə meyarları ilə bağlı ümumi məlumat verilib, tələbə və magistrantları maraqlandıran suallar cavablandırılıb.скачать dle 10.6фильмы бесплатно


258

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.