• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Dərsliklərdə Fransa niyə təbliğ olunur? - "Şərq qapısı" yazır

4-03-2024, 16:00 | Baxılıb: 210
“Dərsliklərdə Fransa niyə təbliğ olunur? -

Bilmirəm, bu həssas dövrdə nə deyəcəksiniz? Amma bu yazıdakı fikirlərimi məhz belə bir başlıq altında, həm də hamımız üçün əziz olan Ana Dili Günü ərəfəsində siz dəyərli oxucularıma bölüşməzdən əvvəl onu deyim ki, belə getsə bu hələ sonu da olmayacaq.

Yəqin ki, cəmiyyətimizdə hamını düşündürən, milli kökümüzə uyğun insan tərbiyəsi kimi ciddi məsələnin həmişə olduğu kimi bu gün də aktuallığına və yaranan problemlərə toxunmaq istədiyimi düşünərsiniz.

Dövlət başçımızın da çıxışlarında önəmini həmişə vurğuladığı və ideoloji təhlükə adlandırdığı bu problemlər, doğrudan da, bu gün sərhədlərimizin qorunması qədər vacibdir. Odur ki, gələcəyimiz olan uşaqların düzgün tərbiyəsi üçün ailə və məktəbin daşıdığı məsuliyyətin ciddiliyini gəlin unutmayaq.

Keçək mətləbə, çünki bilirəm ki, hamının işi-gücü var, onsuz da son günlər yayılmış məlum videolarla bağlı camaat bu yazıq telefonlara qarşı yaman əsəbidir. Deyəcəksiz ki, bu başağrıdan Fransa da haradan çıxdı? Yox, bir Makron! Amma Vallah, gəlin səbir edək. Düşünün ki, video çəkmək yerinə dərsini yaxşı oxuyub, müəllimdən beş almaq üçün çalışan bizim bu uşaqlar nə etsinlər bəs?!

Məktəblilərimizə ana dilimizin gözəlliklərini öyrətmək üçün o qədər milli hekayə və şeir parçalarımız var axı! Fransanın yerinə bunları öyrədəriksə bizim balacaların təmiz yaddaşında ömürboyu yaşayar, onlar da gələcəkdə ailə başçısı, müəllim və ya kitab müəllifi olduqda eyni saflığı qorumağa çalışarlar.

İnanıram ki, bu elə hamımızın arzusudur. Amma inanmıram ki, bu qədər əzab və əziyyətlərdən sonra Zəfər qazanmış ölkənin vətəndaşı kimi xürrəm yaşadığımız, uca şəhidlərimizlə, qəhrəman Ordumuzla fəxr etdiyimiz bir dövrdə ana dilimizin incəliklərini öyrənən məktəblilərimiz dərs kitablarımızın birində təsvir olunduğu kimi haradasa XIX əsrdə yaşamış bir fransız uşağın keçdiyi sonuncu dərsin motivinə bağlansınlar. Belə ki, dərsə gecikən balaca Fransın meriyanın qarşısından qaçarkən son dövrlər məğlubiyyət xəbərləri asılan elan lövhəsinin qarşısında toplaşan camaatı təlaşla izləməsi, adi günlərdə səs-küylü məktəbdəki həmin günün sükutu və sinifdə oturmuş yaşlı kəndlilər bu sonuncu dərsin giriş səhifəsində təqdim olunur.Berlindən gəlmiş əmrlə (elə, əslində, indi də elədir) fransız dilinin yerinə alman dilinin keçiləcəyini bilən kəndlilərin qoca Amel müəllimlə vidalaşmaq üçün məktəbə toplaşması, onun da fransız dilini yaxşı öyrənə bilməmiş şagirdləri məzəmmət edərək bu dilin dünyanın ən gözəl, ən məlahətli dil olmasını, onu qoruyub saxlamağın lazım olduğunu bu dərsdə bizim məktəblilərə hekayə janrında yaxşıca öyrədirlər. ...Kilsənin zəngi ilə dərs sona çatanda müəllimin lövhəyə “YAŞASIN FRANSA!” yazaraq dərsi bitirməsi də XIX əsrin ikinci yarısında yaşamış fransız Alfons Dodenin öz cəmiyyətinin reallıqlarını qələmə aldığı bu hekayənin sonu kimi 2024-cü ildə VI sinifdə oxuyan uşaqlarımızın beyninə hopdurulur.

Əziz oxucular, bilmirəm, Azərbaycan cəmiyyəti üçün, Azərbaycan dilini öyrənən balacalarımız üçün qısa təsvir etdiyim bu hekayə nə “qazandırır”, amma fakt odur ki, hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2017-004 qrif nömrəli, Rafiq İsmayılov, Dilruba Cəfərova və Sahibə Məmmədovanın müəllifliyi, Aynur Rüstəmova və Arzu Quliyevanın redaktorluğu ilə çapdan çıxmış və ümumtəhsil məktəblərinin VI sinfi üçün Azərbaycan dili (tədris dili) fənni üzrə dərsliyin 82-84-cü səhifələrində bu yazı parçası yer almaqdadır.

Hekayə ilə yaxından tanış olsanız onun övladlarımızın Vətənə bağlılıq, dünyəvilik, yaxud tolerantlıqla bağlı tərbiyəsinə uzaqdan-yaxından əlaqəsi olmadığını, söz ehtiyatı yaradılması baxımından da 11-12 yaşlı uşaqlar üçün yersiz kəlmələrlə dolu olduğunu görərsiniz. Ən dəhşətlisi isə dərsliyin yeni 2021-ci il, yəni Böyük Qələbəmizdən bir il sonrakı yeni nəşrində də bu hekayənin müəlliflər və onları qoruyan onlar tərəfindən qorunub saxlanılması, əvəzində isə Cəfər Cabbarlının 1919-cu ildə yazdığı “Ölkəm” şeirinin çıxarılmasıdır.

Cəfər Cabbarlı isə bu şeirdə deyirdi:

“Yanar dağlarında yalov coşarmış,

Ona tapınmaya ellər qoşarmış,

Bir çağ varmış, ölkəm azad yaşarmış,

Bu yollarda izləri var ölkəmin.

Tam bir TÜRKÇÜLÜK dərsi! YAŞASIN AZƏRBAYCAN!

Əli Cabbarovскачать dle 10.6фильмы бесплатно


210

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.