Abdurahman Ömərov
QARA ZAMBAQ
( POEMA)
Günəş qarı əridirdi,
Elə torpaq da deyirdi,
Qar əriyir hey,yaz gəlir,
Gül çiçəkli bahar gəlir!
Ağaclar tumurcuq açır,
Qar əriyir, sular axır,
Xəzri əsir qış qaçır.
Şəhərlərin birində,
Gözəl qızı görəndə,
Oğlanlar baxardı heyran,
Solmazda bax ki, bir ceyran.
Ona allah göz vermişdi,
Amma işıq verməmişdi.
Gözün nuruna həsrətdi, Gözəllikdə bir gönçəydi. Dünyanı görə bilmirdi, Rənglərinə möhtac idi.
İllər keçdi bu gözəl qız, Baxırsan ona, bir ulduz. Gözəl günlərin birində, Solmaz gəzirdi şəhərdə. O birdən oğlana dəydi, Onun adı Murad idi.
Murad Solmazı görmüşdü, Həyatı başqa cür gördü. Xoşuna gəlmiş Solmazla, Söhbətləşdi bala-bala. Allahın izniylə gəldim,
Həm də səni çox bəyəndim. Unutmaq çətindir səni, Peşman etməzsən ki məni. Yaraşmıram sənə Murad, Mənimdə var öz muradım. Gözlərimin nuru yoxdu, Mənim karyeram da yoxdu. Karyeranı istəmirəm,
Tək səni mən istəyirəm. Bunu mən deyirəm canım, Sən mənim qara Zambağım. Gəl indi sən dinlə məni, Göndərirəm elçiləri. Gələcək sizə elçilər, Səni mənə verəcəklər. Solmaza elçi gəldilər,
Onu Murada verdilər. Toya gəldilər qohumlar, Toy elədi oynadılar.
Xeyli vaxt aradan keçdi, Evə xoşbəxtlik də gəldi. Ay kimi bir oğul olmuş, Adını da Həsən qoymuş. Bu xoş günlərlə arada, Xəstəlik gəldi Murada. Yaxaladı bu xəstəlik,
Evdə olubdu gərginlik. O,dünyaya getdi Murad, Ürəyində qaldı murad. Solmaz qaldı Həsənlə tək, Uşaq kiçik, qaldı o tək. Həyatı da çətinləşdi, Həsən də balaca idi. Məcbur idi o qazansın,
O həsən üçün çalışsın. Onun işi də yox idi, Görməyə də möhtac idi. Məcbur idi dilənməyə, Balasını böyütməyə. Ruzi dalınca gedirdi,
Axşam çörəklə gələrdi. Axşam idi,
Gün batmışdı.
Əli xəmirli,
Dil-dualı.
Ana qabaqda,
Balası arxada.
Evin hərrəməsində,
Bardı nəsə əlində.
Bir kəlməsi Allah,
Obiri kəlməsi vallah.
Oğru bizə gəlməsin,
Xəstəliklər yan keçsin.
Evimizdə ruzi olsun, Gözlərindən tökülür yaş, Keçərdimi boğazından aş. Xeyli dualar etdilər,
Gəlib aşı bitirdılər. Yedilər nə yemədilər, Gecəni də keşirdilər. Nə qədər ümüdlər vardı..
Ümüdlər də, dərddə qaldı. Neçə-neçə günlər keçdi,
Neçə-neçə dərd gətirdı. Neçə illər ötürüldü?..
Artıq Həsən də böyüdü. Atasız o böyüdü,
Ana əziyyəti gördü.
O çatdı məktəb yaşına, Ana almış çantasına,
Yığdı qələm dəftəri, Gözlərində yaş var idi, Atasız bir dünya idi.
Mən atasız,
Onlar atayla?
Beləmi dünya?
Tək məktəblə iş bitmirdi. Bir gün anasına dedi;
Gərək mən də nəsə edəm, Evimə qazanc gətirəm. Ana gəlsənə sən bura, Həvəsim çoxdu Tambura. Ana Tamburu da aldı, Həsən də Tamburla yatdı. Küçədə Tambur çalardı,
Bu yolla ruzi qazanardı. Ananında kefi kökdü, Balanında fefi kökdü. Fikirləri də bir idi, Diləkləri də bir idi.
Niyyətləri də bir idi, Hədəfləri də, bir idi. Xoşdu arzusu niyyəti,
Var xoş sözü və söhbəti. Ürəyi olmazdı peşman, Yavaşca gedərdi zaman. Allah beləmi yaratdı, Qəlbi təmiz insanları.
Ana dedi:
Gəl səni evləndirim, Yeganə balamsan mənim. Var gözəl imarətlərimiz, Qoymaq olmaz ki, gəlinsiz. Gəl səndə qulaq as mana, Şükür eylə allahına. Ana,doğrumu deyirsən,
Yoxsa zarafat edirsən?.. Elə mən də istəyirdim, Qız tapanda sənə deyim. Dəyməsin heç nəyə əlin. Bunu mən deyirəm sənə, Həyat vermisən, sən mənə. Mənim üçün bir mələksən, Mələklərin mələyisən.
Həsən yaxşı qazanırdı,
Onun hər nə desən varıdı.
Yeyib içən olub o da,
Boş vaxtı keçərdi barda. Barda, baxdı mağarada, Bir maral oturub orda. Fikri getmiş xəyallara, Yaman baxırdı Dilara. Dilarəni gördü birdən, Stəkan da düşdü əldən. O gözü-gözə sataşdı, Gözləriylə də danışdı. Həsən ona yaxın gəldi, Salam verdi, əl də verdi. Xeyli onlar danışdılar, Bir-birinə qarışdılar.
Bəyəndi o Dilarəni,
O da bəyəndi Həsəni. Ana bunu hiss elədi,
Həsən gəl sən bura dedi;
Ana nədi, nədir xəbər? Həsən səndədir bu xəbər. Ana qəlbi hiss edəndi, De görüm sevdiyin kimdi?. Oldu ana söz verirəm, Sabah onu gətirərəm. Həsən Dilarəylə gəldi,
De, ana sən bəyəndin? Əlbətdə ki, mən bəyəndim. Kim ananı tək qoya,
Gəl hazırlaşaq biz toya. Oynadılar onlar toyu, Kefləndilər həftə boyu.
Açıldı ana ürəyi,
Geniş ,təmiz dağ çiçəyi.
Bu günü də gördü nənə,
Qovuşdu o nəvəsinə.
Çox şad idi Solmaz nənə, Qucağında nəvəsiylə. Həsən ürəyi şad idi, Anasını sevindirdi. Ailənin məhəbbəti,
Gözmü dəydi çox çəkmədi. Dilarə sözə baxmırdı, Həsənə də çığırırdı. Nalayiq sözlər deyirdi, Üzünə də qayıdırdı. Həm də o namussuz oldu, Həsən də ki,onu qovdu. Elnuru əlindən aldı,
Ana getdi Elnur qaldı.
Xeyli vaxt aradan keçdi,
Bir gün də Dilarə gəldi, Elnuru götürüb getdi. Həsən gəldi, anası tək,
Ana nə oldu de görək?
Həsən indi mən bu dərddə, Ruhum qalmayıb bədəndə. Dilarə tək bir ilan,
O söylədi mənə yalan.
İstədi Elnuru görsün, Sığal çəkib onu öpsün. Elnurla qapını açdı,
Onu da götürüb qaçdı. Aylar keçdi, illər keçdı, Həsən Elnuru itirdi. Nə etmədi, çox axtardı, Amma Elnuru tapmadı. Həsən yaxşı ovçu idi,
Tez-tez ova da gedərdi. Götürüb mən itləri də, Onlarla ova gedim də. Çağırdı, itlərdə gəldi, İtlərlə o ova getdi.
O boynundan iti açdı, Dovşan görüb it də qaçdı. Meşədən bir haray gəldi,
İnsan yoxsa it səsidi?
Dayanaraq fikir verdi,
O səs, qadın səsi idi. Kömək edin, kömək edin! Səs gələn tərəfə getdi. Gördü orda oğlanlardı, Ortalıqda da bir qızdı. Həsən çox acıqlı idi,
Həm nə görsən yaxşı idi? Tir-tir əsirdi yazıq qız, Paltarları cırıq bir qız. Həsən hirsləndi onlara, Dedi: qolları çırmala. Döyüş getdi əlbəyaxa,
Durmazdı ki,ona baxa. Həsən qızı qoluna aldı, Gədələr baxıb mat qaldı. Həsən dedi;
Adın nədir? Mənim adım Elnarədi. Elnarəni o gətirdi,
Həsənə təşəkkür etdi. Gecələr də uzanırdı, Gündüzlərsə qısalırdı. Həsəni də aldı fikir, Paylzda ki gəlib keçir.
Edim mən də istirahət, Bir az da olaram tahət. Mən bir iki gün dincəlim, İstirahətimi edim.
Bir gün də o bara gəldi, Baxdı orda Elnarədi.
Salam xanım qız necəsən? Mən yaxşı, bəs sən necəsən? Qaş qaraldı bar bağlanırdı, Hamı içərdən çıxırdı. Gördü Elnarə tək idi, Həsən də yanına getdi. Olar mən səni çatdıtım? Olar, pisdi yaman halım. Tək yaşamaq çox çətindi, Allah bəxtimi gətirdi. Qaldığım yer yataqxana, Doyur insan orda cana. Yaxşıda var, var pisi də, Gərək yola gələsən də.
Mən deddomun balasıyam, Yataqxanada qalmalıyam. İstəyirəm xoşbəxt olum,
Yoxdu buna gedən yolum. Bu söz Həsənə pis gəldi, Halı da yaman dəyişdi. Elnarə gəl gedək bizə, Anamı göstərim sizə. Nur ürəkli bir anamdı, Ürəyimdi,həm canımdı. Mən işdə anam tək evdə, İndi də qalmaz tək evdə. Salam ana, mən gəlmişəm. Gör kimi sənə gətirmişəm? Yaxşı gedəcək işimiz,
Ana da qalmaz köməksiz. Köməkçi də oldu sənə, Sənə baxacaq Elnarə. Gözəlliyə söz yox idi,
Gündüz günəş, gecə ay idi. Qucaqladi dedi: Sən mənimlə olacaqsan,
Və bu evdə olacaqsan. Söhbət söhbətə qarışdı, Elnarə də evə alışdı. Yaşayırdı ana-bala, Kənardan baxan mat qala.
Solmaz ana
Elnarə varmı sevgilin? Görürəm şirindi dilin.
Elnarə
Bəli, ana nə gizlədim, Əlbəttə ki,var sevgilim. Elnuru görmək istərəm, İcazə versən gedərəm.
Həsən söhbəti eşitdi, Sakitcə o evdən getdi. Qaldırmırdı o başını,
Silə bilmir göz yaşını.
Elnarəyə vurulmuşdu,
Fikirləri demə boşdu.
Elnarə - Həsənə
Həsən təşəkkür edirəm, Sevgilim var, mən gedirəm. Sizə hörmətim var, çoxdu, Sevdgi üçün yerin yoxdu. Yaşım azdı sənə gələm, Uyğun gəlmir, mən neyləyim. Üzümə saçır bircə nur, O nur da sevgilim Elnur.
Çox yaxşılıq etdin mənə, Təşəkkür edirəm sənə.
Ata tək səni sevirəm. Ürəyimdən mən deyirəm.
Həsən
Səni heç kimə vermərəm, Elnur kimdi mən bilmirəm. İndi mən deyirəm sənə, Sən bir qismət gəlmiş mənə.
Elnarə
Niyə deyim sənə yalan, Elnurdu sevdiyim oğlan.
Həsən
Görərəm mən o oğlanı, Alacaqdı öz payını.
Elnarə - Elnur
Elnarə bazara getdi, Bazarlıqlarını etdi. Elə bazardan çıxırdı,
O vaxt Elnurla rastlaşdl. Neyləyirsən hardasan, Haralarda sən olmusan?.. Hər yerdə mən axtarmışam, Amma səni tapmamışam. Evim yox çox darıxıram, Başqa yerdə mən qalıram. Mən özümə tapdım ana, O ana da Solmaz ana.
Çox istərdim görüm onu, Göstər mənə sən yolunu. Onun oğlun adı Həsən, Sənə desəm incinməzsən?
O deyir səni sevirəm, Ürəyimi mən verirəm. Ona özüm deyəcəyəm,
Sən mənimsən, deyəcəyəm. Yaxşı Elnur mən gedirəm,
Qulaq as gör nə deyirəm.
Bağla söhbəti bu yerdə,
Anam tək qalıbdı evdə.
Onda mən səni ötürüm,
Onların evini görüm.
Hələlik sən get evinə, Mən də gedim öz evimə. Məmim yoxdu anam-atam, Mənimdir o, indi atam. Tək səni mən sevəcəyəm, Səninlə mən öləcəyəm. Ayrıldı orda Elnurdan, Evə qayıtdı bazardan.
Solmaz - Elnarə
Haralarda sən olmusan?
Harda bu qədər qalmısan? Ana sənə deyim doğru, Bazarda gördüm Elnuru. De görüm nə deyirdi? Məni sevdiyini dedi.
Yaxşı tanıyıram onu, Sevgiylə də bitər sonu. Onlar çox söhbət etdilər, Həm dedilər - həm güldülər. Həsən də işdən gəlirdi, O, bu söhbəti eşitdi. Sona qədər qulaq asdı, Birdən də qapını açdi.
Həsən
İndi ge, hardaydın sən? Demə görüşə getmisən? Gəlsənə tərs baxma mənə, Qulaq as yaxşıca mənə.
Elnarə
Olan mənim bir canımdır, O canda ki, Elnurumdur. Qəlbim səni ata deyir, O, ata sevgim sənindir.
Həsən
Mən sənə ata deyiləm, Yetim olub gətirmişəm. Sevgini mənə verərsən,
Elnurdan da əl çəkərsən.
Elnarə
Mənim üçün hər şey etdin, Hətta evini də verdin.
Bu gözəl imarətlərin, Onlar da sənindir dedin.
Həsən
Qalıb mənim tək bir yolum, Elnura bir rəqib olum. Onda baxım nə deyərsən? Ondan sonra sevəcəksən.
Həsən - anasına
Ay ana can gedirəm mən, Bunu sənə deyirəm mən. O Elnuru mən taparam, Canına qəltən qataram.
Solmaz
Getmə sən, ay canım balam, Qorxmursan ki, mən tək qalam? Sən gəl mənə bir bax görüm, Mən xəcalətdənmi ölüm?
Həsən
Ana, səni çox istəyirəm. Ürəyimdən mən deyirəm, Sən mənim böyük dünyamsan, İstəmirəm tək qalasan. Elnarəni çox sevirəm, Mən indicə getməliyəm.
Solmaz
Elnarəni istəyirsən. Sevdiyini də deyirsən.
Axı sənin tayın deyil,
Bunu da yaxşı bilirsən.
Həsən
Mən onunla danışaram, Ya ölərəm, ya qalaram. Gedib mən də onu görüm, Belə dərdnənmi mən ölüm?
Solmaz
Gedirsən sənə yaxşı yol, Özündən də müğayət ol. Onunla danışığa gəl,
Sağ-salamat evinə dəl.
* * * * *
Həsən evdən çıxıb getdi, Həmin anda Elnur gəldi. Görməliyəm indi onu, Hanı Həsəndi, kəsəndi?.
Elnarə
Getdi o səni görməyə. Əlinə düşsən döyməyə.
Durub burda baxma mənə, Get sən də burdan evinə.
Elnur
Elnarə məhəbbətimsən, Ürəyimin nuru sənsən. Ürəyimdə budur yara, Mən qalmasam geymə qara. Görüm səni kim qazana, Məlhəm olar yarasına.
* * * * * Qabaq-qabağa gəldilər, Gəlib, meşəyə girdilər.
Elnur
Biz burdayıq hər ikimiz, Qalacaq bizdən birimiz. Bizdən birimiz qalacaq, Qalan,Elnarəni alacaq.
Həsən
Mən də səni axtarırdım,
Nə yaxşı ki, burda tapdım. Gəldim mən də səni görüm, Vaxtı gəldi olum, ölüm.
Elnur
Sevginin açarı məndə, Bizə qalan canda bizdə. Mənə indi belə gəlir,
Bu eşqin canı məndə.
Həsən
Çox uzatma gəl yanima, Baxma mənim bu canıma. Allah verib mənə qismət, Axırı olacaq müsbət.
* * * * * Qalmaqallı bu döyüşdən, Kimdi sağ salamat gedən?. Elnur Həsəni çaxdı, Həsənin burnu qanadı. Həsən də dala qalmadı, Elnura bir kəllə çaldı. Elnur gözəl cavan candı, Həsənin üz - gözü qandı. Axı mən ki, çox cavanam, Yaşlılara can yananam. Elnur dedi: Həsən sən saxla savaşı.
Qanlı üzün gözün yaşı.
Həsənin fikrinə gəldi, Burdamı du sevgi bitdi? Boynundakı sep qırıldı,
Sepdə medalyon açıldı. Medalyonda şəkil vardı, O şəkildə Dilaradı. Şəkli gördü fikrə getdi, Tez fikrini o dəyişdi.
Yer göyə burda dəydi, Böyük bir həyat keçdi. Həsən dedi:
Elnur uduzdum deyəsən, Xoşbəxt ol, Elnarəylə sən. Sevgi sənindi deyirəm,
Burax məni,mən gedirəm. Məni də anam gözləyir, Haradadır yəqin deyir.
Elnur
Sən get ananin yanına,
Sənə çox canı yanana.
* * * * *
Ana gəldim mən evdəyəm, Artıq indi səninləyəm.
Solmaz
Gəl yaxınlaş, gəl yanıma, Üşütmə düşüb canıma. Allaha diləg etmişdim, Sağ - salamat gəlsin dedim.
Həsən
Ana salamat gəlmişəm,
Sənə xəbər gətirmişəm.
Elnur mənim oğlum imiş, Medalyondan mən görmüşəm.
Solmaz
Hiyə bəs o üzün qandı, Dodağın da partlayıbdı.
Üz - gözündə qan içində, Oğlunmu bu günə saldı?
Həsən
O, bilmir mən atasıyam, İstəmədim mən dayanam.
Solmaz
Sən bəs nə fikirləşirsən? Elnura nə deyəcəksən?. Demək nəvəm də tapıldı, Xəyallarım sona çatdı.
Həsən
Ana, sirr burda qalacaq. Açılmaz bir sirr olacaq. Elnarə də Elnurundur, Ana belə də olacaq.
Solmaz
Ey, bala beynim qaynayır, Artıq ürəyim dayanır.
Nə əziyyət görmüşəm, İndiyə qədər dözmüşəm.
* * * * * Xəbər verək Elnarədən, Qulaq asdı pəncərədən. Hamısını o eşitdi, Elnur onun oğlu bildi. Əllərlə tutdu başını, Saxlıyanmır göz yaşını. Hamısını mən eşitdim,
Necə bunu aşkar edim?.
Elnarə
Ana niyə keyfin yoxdur, Dərdlərin dərmanı yoxdur?. Qızın tək saxladın məni,
Əllərdə saxlaram səni.
Solmaz
Ananın vaxtı da bitir, Artıq bu dünyadan gedir. Bu yol da qayıtmaz bir yol, Evlərimdən müğayət ol.
Elnarə
Ana, demə bunları sən. Sənsiz necə qalaram mən. Evin sahibi oğlundu,
Evlər də ona məxsusdu.
* * * * * Solmaz üçün oğul dərdi, Subay qalmaq bu da dərddi. Solmazın gözü qapndı, Həm də ürəyi dayandı. Elnurla Elnarə dərddə, Dayanmışdılar həyətdə. Həsən gördü halını,
Ananın canı yananı. Getmə də anacan getmə, Məni tərk eyləyib getmə. Çətin idi bu ayrılıq,
Yaman idi, bu ayrılıq. Getmə, getmə sən ay ana, Mən qalıram burda yana. Bu ayrılıq çətin idi,
Həsən xeyli fikrə getdi. Həsən paltarları yığır, Elnarəni də çağırır. Bu da mən, artıq gedirəm, Siz, xoşbəxt olun deyrəm. Gözəlsiniz hər ikiniz,
Birgə olsun bu sevginiz. Xoşbəxtlık arzu edirəm,
Bu evdən mən də gedirəm. Qara zambaqları qırdı, O,həyətdən yzaqlaşdı. Getdi ananın qəbrinə, Zambaq qoydu qəbr üstünə. Əlvida ,əlvida ana!,
Yoxdu mənə kimsə yana.
Duanı da burda oxudu, Belə də yoıunu tutdu.
Həsən gedir
Yadıma düşmədi oğlumun adı, Rəqibim, bilmişəm başqa bir yadı. Mənə bu sevgidə ortaqlı oldu, Bilmirəm bu sevgidi, yoxsa həyadı?
Dözə bilməmişəm mən bu anlara, Ürəyimə düşmüş bu yaralara. Çox çətindi, mən sizinlə qalmaram, Oturub sizinlə burda saralam.
Mərd yaşadım, heç kəsə əyilmədim, Həyatı xoş, bər - bəzəkli bilirdim. Bu sevgi əzabı mənə verdilər, Neyləyim, getməyə mən məcbur idim.
Dözmək bu dərdlərə çox ağır idi, Ömrümün kinosu bir nağıl oldu. Bu yol həyatdan gedən bir yoldu, Ömür bitdi, bu həyatın sonudu.