ZAQATALADA HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 101-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLƏN İNŞA YAZI MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILIB.
Bir neçə gündən sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür, bu münasibətlə respublikanın hər yerində müxtəlif tədbirlər, yarışlar və müsabiqələr keçirilir. Belə müsabiqələrdən biri də “Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb Regional Bölməsi Və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ATİAHİ-nin” rayon komitələri ilə birgə təşkil etdiyi “Heydər Əliyev Məktəblilərin Gözü İlə” inşa yazı müsabiqəsidir.
Bir neçə aydır davam edən müsabiqənin qalibləri artıq məlum olduğuna görə təltifolunma mərasimlərinə start verilib. Dördüncü təltifolunma tədbiri 06-05-2024-cü ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Zaqatala rayon təhsil sektoru “Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə” keçirilib.
Tədbirdə “Azərbaycan Yazıçılar Birliyi Şimal-qərb Regional Bölməsinin sədri, yazıçı-jurnalist Əlmaniz Ələkbərli, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala Rayon Təhsil Sektorunun” müdiri Kəmalə Əhmədova, “Yeni Azərbaycan Partiyasının” Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, Zaqatala RİH “İctimai-siyasi və humanitar məsələlər şöbəsinin” məsul işçisi Zaur Hüseynzadə, Uzun illər Zaqatala təhsil şöbəsinin müdiri olmuş, Zaqatala rayon Ağsaqqallar şurasının sədr müavini, YAP veteranlarından olan Tahir Məmmədov, ATİAHİ-nin” Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov və bir neçə məktəb direktorları, müəllim və qalib olan şagirdlər, Zaqatala rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçıları Birliyi Şimal-Qərb Regional Bölməsinin sədri, Diaspor.info saytının baş redaktoru Əlmaniz Ələkbərli ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Daha sonra “Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb Regional Bölməsi Və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ATİAHİ-nin” rayon komitələri ilə birgə təşkil etdiyi “Heydər Əliyev Məktəblilərin Gözü İlə” inşa yazı müsabiqəsinin keçirilməsi və onun şagirdlərin vətənpərvər ruhda böyüməsinə təsirindən danışıb:“Məlum olduğu kimi bir neçə aydır regionumuzda “Heydər Əliyev Məktəblilərin Gözü İlə “adlı inşa yazı müsabiqəsi keçirilir.
Artıq rayon və zona qalibləri müəyyən olunubdur. Bu gün bu tədbirimizdə qaliblər təltif olunacaqdır. “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı inşa yazı müsabiqəsinin keçirilməsində əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyev ideyaları ruhunda, onun zəngin irsi işığında yeni üsul və metodlarla tərbiyyə etmək, Onun irsinin dövlətçilik, azərbaycançılıq, bəşəri konsepsiyasını, idarəçiliyini öyrənmək, təbliğ etmək, bu ideyalardan faydalanmaq, həyatımızda istifadə etməkdir.
Bu tədbirimizdə yaşlı nəslin nümayəndələri də iştirak edirlər və bizlərin çoxu o dahi şəxsiyyəti canlı olaraq görmüşük. Məlum məsələdir, Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun haqqında bizdən sonra gələcək nəsillər də araşdırmalar aparacaq və bu fitri istedad sahibini dərindən öyrənəcəklər. Ancaq bu günün gəncliyi, şagirdlərimizin əlinə daha yaxşı fürsət düşüb ki, Heydər Əliyevlə canlı ünsiyyətdə olan insanların dilindən bunları öyrənə bilsinlər. Mənə bu xoşbəxtlik iki dəfə, tələbə olduğum vaxtlarda Naxçıvan şəhərində nəsib olub.
Ümummilli liderimiz qarşısındakı insana yaşının fərqinə baxmayaraq onu təmkinlə dinləyir və onun sualını da cavablandırırdı. Bizim görüşümüz o vaxt baş tutmuşdu ki, Naxçıvanın bütün yolları, o cümlədən hava yolları da, bağlı idi və insanlar çörəklə imtahana çəkilirdi. Həmin dövrdə Heydər Əliyev Naxçıvana tək quru canıyla gəlmişdi, nə sərvətimiz, nə də ki, silah-sursatımız var idi. O böyük şəxsiyyət nəinki Naxçıvanı bu vəziyyətdən çıxardı, bununla yanaşı bütöv Azərbaycanı yox olmaqdan qurtardı.
Onun 101-ci ildönümünə həsr olunan inşa yazısı çox əhəmiyyətlidir. Belə ki, şagirdlərimiz onun haqqında daha çox oxuyur və öz fikirlərini kağız üzərinə köçürə bilirlər.
Odur ki, belə inşa yazı müsabiqələri nə qədər çox keçirilərsə şagirdlərimiz daha çox Heydər Əliyev irsini dərindən öyrənərlər. Balakən rayon təhsilinin uğurlarından xəbərdar olan biri kimi onu da xüsusi vurğulamaq istəyirəm ki, bu inşa yazı müsabiqəsində də Balakən məktəbliləri çox aktivlik göstəriblər. Təsadüfi deyil ki, Zona üzrə birinci yerə də məhz Balakən məktəblisi layiq görülüb. Mən bütün qalibləri ürəkdən təbrik edirəm.”
Sonra söz “Zaqatala Ağsaqqallar Şurasının sədr müavini Tahir Məmmədova verilib. Tahir müəllim Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən geniş danışıb. Onun Azərbaycanın ən çətin günlərində Xilaskar rolunu oynayaraq, xalqımızı qardaş qırğınından xilas edib və yaratdığı Yeni Azərbaycan Partiyası ilə xalqımızı işıqlı gələcəyə çıxardığını xüsusi vurğulayıb. Təcrübəli təhsil işçisi “Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb Regional Bölməsi Və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ATİAHİ-nin” rayon komitələri ilə birgə təşkil etdiyi “Heydər Əliyev Məktəblilərin Gözü İlə” inşa yazı müsabiqəsinin keçirilməsi və onun şagirdlərin vətənpərvər ruhda böyüməsinə təsirindən geniş danışaraq belə müsabiqələrin keçirilməsini alqışladığını bildirib”.
Daha sonra tədbirdə Zaqatala rayon təhsil sektorunun müdiri Kəmalə Əhmədova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunmasında, Azərbaycanın çiçəklənməsində böyük rolunun olduğunu xüsusi qeyd edib və belə müsabiqələrin keçirilməsinin gənclərin həyatında əhəmiyyətli rola malik olduğunu vurğulayıb. Kəmalə xanım “Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb Regional Bölməsi Və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ATİAHİ-nin” rayon komitələri ilə birgə təşkil etdiyi “Heydər Əliyev Məktəblilərin Gözü İlə” inşa yazı müsabiqəsinin keçirilməsi və onun şagirdlərin vətənpərvər ruhda böyüməsinə təsirindən geniş danışaraq belə müsabiqələrin keçirilməsini alqışladığını bildirib.
Daha sonra sektor müdiri öz çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, xüsusən də təhsilimizə olan diqqət və qayğısı və onun dövlətçiliyimizin xilaskarı olmasını xüsusi qeyd edib.
Daha sonra YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən geniş danışaraq onun bir çox sahələrə xüsusən də təhsil sahəsinə ayrıca diqqət göstərdiyini vurğulayıb.
Fərid müəllim Ulu öndər haqqında danışarkən onun uşaqlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən də danışaraq müsabiqə qaliblərini təbrik edib.
F. Ramazanov müsabiqə qaliblərinə YAP Zaqatala rayon təşkilatı adından müxtəlif hədiyyələr də gətirdiyini bildirib.
Tədbirdə çıxış edən Zaqatala RİH “İctimai-siyasi və humanitar məsələlər şöbəsinin” məsul işçisi Zaur Hüseynzadə əvvəlcə rayon rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb.
Sonra Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev Məktəblilərin Gözü İlə” inşa yazı müsabiqəsinin təşkilatçıları olan “Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb Regional Bölməsi Və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ATİAHİ-nin” rayon komitələrinə öz təşəkkürünü bildirib. Zaur müəllim belə müsabiqələrin məktəblilər arasında keçirilməsini xüsusi alqışlayaraq, bunun gələcək nəsillərin yetişməsində böyük rol oynayacağını qeyd edib. Və çıxışının sonunda qalib olmuş şagirdləri ürəkdən təbrik edib.
Daha sonra tədbirdə uzun illər Zaqatala təhsil şöbəsində məsul vəzifələrdə işləmiş, ATİAHİ-nin” Zaqatala rayon komitəsinin sədri Bəhruz Bayramov çıxış edərək Ümummilli Lider Heydər Əliyev dühasından onun xalqımız və dövlətimiz üçün etdiyi misilsiz xidmətlərdən danışıb. “Azərbaycan Yazıçılar Birliyinin Şimal-qərb Regional Bölməsi Və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ATİAHİ-nin” rayon komitələri ilə birgə təşkil etdiyi “Heydər Əliyev Məktəblilərin Gözü İlə” inşa yazı müsabiqəsinin keçirilməsi və onun şagirdlərin vətənpərvər ruhda böyüməsinə təsirindən danışıb. Bəhruz müəllim təcrübəli pedaqoq kimi tədbir iştirakçılarına inşa yazı müsabiqəsinin üç mərhələdə keçirildiyini deyib. O məktəb, rayon və zona qaliblərinin artıq məlum olduğunu və hazırda tədbirdə iştirak edən Zaqatala üzrə qalibləri öz adından təbrik edib.
Sonda yekun nitq söyləyən “AYB Şimal-qərb Regional Bölməsinin” sədri Əlmaniz Ələkbərli tədbirin təşkili üçün Zaqatala rayon təhsil sektorunun kollektivinə və yaradılan şəraitə görə zəhməti keçən hər bir kəsə öz minnətdarlığını bildirib. Və bundan sonra qaliblər təltif olunublar, sonra xatirə şəkili çəkilib.
Diaspor.info
Zaqatala