• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Səhiyyə naziri: İnformasiya texnologiyalarının sürətli inkişafı “Hər kəs üçün sağlamlıq” konsepsiyasının reallığa çevrilməsinə səbəb olub

15-03-2024, 16:00 | Baxılıb: 167
“Səhiyyə naziri: İnformasiya texnologiyalarının sürətli inkişafı “Hər kəs üçün sağlamlıq” konsepsiyasının reallığa çevrilməsinə səbəb olub

"Səhiyyə sisteminə ənənəvi yanaşma müasir dövrün tələbləri ilə uzlaşa bilməzdi. İnformasiya texnologiyalarının sürətli inkişafı “Hər kəs üçün sağlamlıq” konsepsiyasının reallığa çevrilməsinə səbəb olub. Səhiyyənin rəqəmsallaşması sektorun yalnız texnoloji baxımdan deyil, öncəliklə mədəni baxımdan transformasiyadır. Rəqəmsal texnologiyalar birgə qərarvermə prosesində həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırır. Bu isə, fərdin sağlamlığı amilini önə çəkən yeni səhiyyə paradiqmasının yaranmasına yol açıb”.
Diaspor info xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev deyib.

Səhiyyə nazirinin sözlərinə görə, Azərbaycanda İlham Əliyevin prezidentliyi dövründə sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal hökumətə keçid, iqtisadiyyatın şaxələndirilməsi hazırkı suverenliyimizi və regionun aparıcı ölkəsi kimi tanınmağımızı şərtləndirib. Son 20 il ərzində Azərbaycanda milli səhiyyə sisteminin infrastruktur, insan resursları və səhiyyənin maliyyələşdirilməsi baxımından gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.“Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə fəal töhfə verən, beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan Respublikasının rolunu xüsusilə vurğulayır. Bunun bariz təsdiqi bu ilin noyabrında COP29-un Bakıda keçirilməsidir. Onu da qeyd edim ki, həmin Sərəncama əsasən 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sağlamlığımız yaşadığımız mühitlə sıx bağlıdır. İqlim dəyişikliyi sağlamlığımıza, rifahımıza və təhlükəsizliyimizə əhəmiyyətli dərəcədə təsir göstərir”, - deyə nazir vurğulayıb.скачать dle 10.6фильмы бесплатно


167

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.