Sidney kitabxanasında Novruz bayramı haqqında təqdimat olub
Avstraliya İttifaqının Sidney şəhərindəki “Waverly Library” kitabxanasında əcnəbilər üçün Novruz bayramı haqqında təqdimat və bayramın atributlarının hazırlanması ilə bağlı təlim keçirilib.
Kitabxanada çalışan soydaşımız Leyla Bhathelanın təşkilatçılığı ilə baş tutan tədbir zamanı Novruz bayramının qədim tarixi, adət-ənənələri haqqında qonaqlara geniş məlumat verilib.
Tədbirin sonunda 3000 ildən artıq tarixə malik bu bayramın simvolu olan şirniyyatlar təqdim edilib.
51