İlaxır çərşənbələrin sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında bu çərşənbənin daşıdığı ad sadəcə “İlaxır çərşənbə”dir. Ayin və ritualların zəngin olduğu bu çərşənbəni xalq olduqca təntənəli şəkildə qeyd etməyi sanki özünə borc bilir...
Qeyd edək ki, Naxçıvanda Novruz bayramı ərəfəsində təkcə Torpaq çərşənbəsində deyil, bütün ilaxır çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Hər ilaxır çərşənbədə qalanan tonqal xalq arasında cəmrə adlanan istiliyin simvoludur. Bununla yanaşı, müxtəlif ayin və rituallar icra olunur. Bunlardan İlaxır çərşənbə - torpaq çərşənbəsi isə mərasim, ayin, etiqad, müxtəlif oyun və şənliklərin daha çox icra olunduğu çərşənbədir. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Novruzun ən cox sevilən ərəfəsi – İlaxır çərşənbə, yəni Torpaq çərşənbəsi “Yeddiləvin” adlanır. Yeddiləvin zamanı oğlan evi qız evinə şirni apararkən orada şirninin müxtəlif növlərindən olur. Buna görə də şirni növünün çoxluğunu göstərmək məqsədilə ona “yeddilövün”, “yeddiləvin” adı vermişlər. “Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Belə ki, bu adət Azərbaycanın başqa regionlarında da özünü göstərməkdədir. Bəzi yerlərdə “7” ləvinə “7” sin də deyirlər. Yeddiləvin axşamı tonqallar qalanır. Əhalinin bayram uğurunu – sevincini ifadə edən ən möhtəşəm tonqal dağların uca nöqtəsində yandırılır. Hamının bir-birinə bu barədə ilk sualı belə olur: “Görəsən, Bəlkədə tonqal qalanıbmı?”. Bəlkə dağında tonqalın qalanması hamının bayram sevincini birə-beş artırır.baxımdan daha aktivdir:
Deyərlər ki, İlaxır çərşənbə gecəsi obaşa yaxın çayın suyu dayanar, söyüdlər başını əyib torpağa dəyər. Bu vaxt hər niyyət yerinə yetər.
İlaxır çərşənbədə qızlar əlində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, sevdiyi oğlana gedər, deyərlər.
İlaxır çərşənbə Torpaq çərşənbəsi olduğundan, həmin gün qalanmış ocağın külündən götürüb suya tökərlər. Naxçıvandan toplanmış digər inancda isə deyilir ki, ilaxırda od qalanır. Səhər külü yığıb yağış yağan novdanın altına tökmək lazımdır. Tökəndən sonra arxana baxmadan getməlisən. Ərazidən toplanmış inanc örnəklərinin hər iksində odla yanaşı, suyun da təmizləyici funksiya daşıması öz əksini tapmaqdadır.çərşənbəsini Qərbi Azərbaycan ərazilərində də böyük coşqu ilə qeyd ediblər. Bu gün də həmin ərazilərdən qovularaq yurd-yuvalarından didərgin salınan əhali məskunlaşdıqları müvəqqəti məkanlar da öz ənənələrini qorumaqdadırlar. Və sözügedən çərşənbəni də qərbi azərbaycanlılar ilboyu unudulmayacaq, xoş əhvali-ruhiyyəli mahiyyəti ilə xatırlanacaq dərəcədə yüksək səviyyədə qeyd edirlər. Bu gün gecədən səhərə qədər yatmamaq, müxtəlif rituallar icra etmək, oyunlar təşkil etmək bu əhalinin ən xoş günlərindən birində - Novruzun ilaxır çərşənbəsində icra olunur və bu mərasimin də “qədir tutmaq” adlanır.
Qeyd edək ki, ilaxır çərşənbə - Torpaq çərşənbəsi çərşənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. İlaxır çərşənbələrlə bağlı mərasim və ayinlərin çoxu bu gün də xalq arasında yaşamaqdadır. Bu nümunələr qədim türkün arxaik düşüncəsinin məhsulu olmaqla xalqın əxlaqi, estetik dünyaduyumunu ifadə edərək öz mühafizəkarlığı ilə seçilir. Eləcə də, icra olunan ayin və mərasimlər, eləcə də torpaq çərşənbəsi ilə əlaqəli yaddaşlarda qorunan inanc-sınama örnəkləri ulu əcdadın erkən təsəvvürlərinin məhsulu kimi dəyərlidir. Bu örnəklər torpağın xalqın həyatındakı vacibliyini, əhəmiyyətini bədii və poetik şəkildə təsdiqləyir.
Xalqın yaxşıya, xeyrə olan inamını daşıyan alqışına qoşularaq deyirik ki, torpağınız barı-bəhrəsi sizi sevindirsin! Rəngarəng ritualları ilə İlaxır çərşənbələrin bəzəyi olan Torpaq çərşənbəmiz mübarək olsun!
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Folklorşünaslıq şöbəsinin
müdiri, filologiya üzrə
fəlsəfə doktoru, dosent Aytən Cəfərova