London Kral Kollecində Novruz bayramı qeyd edilib
London Kral Kollecində (King's College London) Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Novruz bayramı qeyd edilib. Tədbirdə bu ölkədə təhsil alan azərbaycanlı gənclərlə yanaşı, Çin, Qazaxıstan, Rusiya, Tayvan, Hindistan və İndoneziyadan olan tələbələr də iştirak edib. Tədbir Azərbaycan haqqında qısa videonun nümayişi ilə başlayıb, daha sonra tədbir iştirakçılarına Novruz bayramının tarixi , milli adət və ənənələrimiz haqqında məlumat verilib.
Tələbələr birlikdə yumurta boyadıqdan sonra Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşüblər. Birlik, həmrəylik və mübarizlik rəmzi olan Yallı rəqsi oynanılıb.
Tədbirin sonunda qonaqlar üçün Novruz şirniyyatları - şəkərbura, paxlava və digər bayram təamları ilə bəzədilmiş bayram süfrəsi açılıb.