• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Diaspor TV-də yeni layihəyə start verilib

3-04-2024, 16:30 | Baxılıb: 225
“Diaspor TV-də yeni layihəyə start verilib

Diaspor TV-də yeni layihəyə start verilib
Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-də ölkəmizin maraq və mənafelərinin beynəlxalq arenada güclənməsinə mühüm töhfələr verən Azərbaycan diasporu haqqında rus dilində yeni veriliş efirə çıxacaq. “Güc birlikdədir”(“Сила в единстве”) adlanan veriliş tarixçi alim, jurnalist Teymur Atayevin təqdimatında yayımlanacaq. Verilişdə Azərbaycanın nüfuzunun artması, maraqlarının müdafiəsi üçün beynəlxalq hüquq normaları çərçivəsində yorulmadan, usanmadan çalışan soydaşlarımızın gördüyü işlərin qlobal diaspor platformasında yaratdığı yeni reallıqlardan danışılacaq. Milli və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan diaspor hərəkatının bütün nümayəndələrinin koordinasiyalı fəaliyyəti sayəsində “qüdrətli” erməni diasporu mifinin dağıdılmasına birlikdə nəzər salınacaq. Vətəndən uzaqda, qürbətdə yaşayan, qəlbi vətən sevgisi ilə döyünən insanlar Azərbaycan ictimaiyyətinə daha yaxından tanıdılacaq.
Verilişinin ilk buraxılışının qonağı Fransada yaşayan hüquqşünas, Qərbi Azərbaycan İcmasının Fransa və Qərbi Avropa üzrə nümayəndəsi, “Fransada Qərbi Azərbaycan irsinin qorunması” İctimai Birliyinin sədri Zaur Sadıqbəylidir. O, tamaşaçılara həm Fransadakı Azərbaycan diasporunun fəaliyyətindən danışacaq, həm də gənclərin diqqətini öz soykökünü, milli-mənəvi dəyərlərini, ənənələrini unutmadan tarixi vətəndən kənardakı həyata uyğunlaşmağa kömək edəcək ən mühüm nüanslara yönəldəcək, bu barədə şəxsi təcrübəsini bölüşəcək.
Qeyd edək ki, Diaspor TV 2018-ci ildən fəaliyyət göstərir. Diaspor TV-nin efirində tanınmış diaspor nümayəndələri ilə müsahibələr, bir neçə dildə xəbərlər, tanıtım xarakterli videoçarxlar yayımlanır. Diaspor TV-nin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” verilişi artıq 6 ildir efirdədir. скачать dle 10.6фильмы бесплатно


225

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.