• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AMEA Rəyasət Heyətinin iclası keçirilib

4-04-2024, 12:00 | Baxılıb: 274
“AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan Diaspor.info-ya bildirilib ki, iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş AMEA üzvlərinə yubiley medalları təqdim olunub. Həmçinin 27 Mart – Elm Günü münasibətilə akademiyanın bir qrup əməkdaşına Azərbaycan Respublikası Ağsaqqallar Şurasının, eləcə də AMEA-nın fəxri fərmanları, “İstinadda rekord” diplomları, AMEA-nın fəxri diplomları, AMEA-nın təşəkkürnamələri və AMEA-nın “İlin gənc alimi” diplomları təqdim olunub.

Akademik İsa Həbibbəyli AMEA-nın çoxminlik kollektivi adından alimləri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif etdiyi üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Daha sonra akademik İsa Həbibbəylinin “AMEA-da çoxcildli nəşrlər: mövcud ənənə və müasirlik” mövzusunda məruzəsi dinlənilib.

Akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı ilə yeni inkişaf mərhələsinə qədəm qoymuş AMEA-da son bir ildə çoxşaxəli islahatlar həyata keçirilməkdədir. Bu islahatlar elmi infrastrukturun modernləşdirilməsi, struktur dəyişiklikləri, elmi prioritetlərin ölkənin sosial-iqtisadi, mədəni-mənəvi, ideoloji tələblərinə, o cümlədən müasir dünyanın elmi-texnoloji çağırışlarına uyğunlaşdırılması, çevik və innovativ modellərin, o cümlədən rəqəmsal texnologiyaların tətbiqi ilə elmi idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır. Həmçinin elektron elmin inkişafı, beynəlxalq elmi mühitə, nüfuzlu elmi qurumlara və bazalara inteqrasiyanın sürətləndirilməsi, türk dövlətlərinin elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elmi fəaliyyətin yeni elmmetrik meyarlar əsasında qiymətləndirilməsi və stimullaşdırılması, yüksəkixtisaslı kadr hazırlığına beynəlxalq təcrübənin tətbiqi, elmin cəmiyyətdə nüfuzunun yüksəldilməsi və s. istiqamətləri əhatə edir.ideologiyasının və multikulturalizm konsepsiyasının elmi-nəzəri əsaslarının tədqiqi, fəlsəfə, sosiologiya, politologiya, psixologiya, o cümlədən şərqşünaslıq və qafqazşünaslıq sahəsində tədqiqatların aparılması ilə bağlı çoxcildli fundamental kitab və monoqrafiyaların hazırlanması müasir mərhələdə elmin əsas prioritet istiqamətləri olaraq müəyyənləşdirilib”.Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd olunanları nəzərə alaraq və AMEA, onun Rəyasət Heyəti, elmi bölmələri, elmi müəssisə və təşkilatları adından istifadə edilməklə hazırlanan, çoxaldılan, kağız üzərində, internet məkanında və ya elektron daşıyıcılarda yayılan çoxcildli elmi və elmi-populyar nəşrlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərarlar qəbul olunub.

Daha sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” və “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfransların keçirilməsi haqqında qərarlar qəbul edilib. Bundan əlavə, AMEA-nın Rəyasət Heyəti aparatının Sosial xidmətlər şöbəsinin Əsasnaməsinin təsdiq edilməsi, akademik Şirəli Məmmədovun 120 illik yubileyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında qərarlar verilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Texnika üzrə fəlsəfə doktoru dosent Hüseyn Hüseynov AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tarix elmləri doktoru İlqar Niftəliyev AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev isə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi vəzifəsinə təsdiqləniblər.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, İbrahim Quliyev, Gövhər Baxşəliyeva, tarix elmləri doktoru Zemfira Hacıyeva və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.скачать dle 10.6фильмы бесплатно


274

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.