Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsi təhsil müəssisələrində çalışan Şəhid ailələrinə Ramazan bayramı sovqatları payladı.
06 aprel 2024-cü il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsində Nizami rayon təhsil müəssisələrində çalışan Şəhid ailələri ilə “Ramazan bayramı” münasibəti ilə görüş keçirilmişdir.
ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov AHİK sədri Səttar Möhbalıyevin Şəhid ailələrinə olan diqqət və qayğının hər zaman diqqətdə saxlamağı ümdə bir vəzifə kimi bizə tövsiyyə etmişdir.
Bu gün 11 ayın sultanı olan Ramazan ayının sonuna yaxınlaşırıq və 3 gündən sonra Ramazan bayramıdır. Hər il olduğu kimi bu il də Ramazan bayramı münsibəti ilə Şəhid ailələrimizi unutmadıq. Paklıq, saflıq, bərabərlik və nəfsin üzərində qələbəni paylaşmaq üçün biz onlarla bir yerdəyik.
Biz ATİAHİ Nizami rayon komitəsinin işçi kollektivi olaraq hər zaman Şəhid ailələrinin və Qazi ailələrinin yanında olacağımıza Sizi bir daha əmin edirik.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsi təhsil müəssisələrində çalışan Şəhid ailələrinə Ramazan bayramı sovqatları payladı.