• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

BDU-nun Jurnalistika fakültəsində “Azərbaycan Mətbuat Şurası” auditoriyasının açılışı olub

17-04-2024, 16:30 | Baxılıb: 343
“BDU-nun Jurnalistika fakültəsində “Azərbaycan Mətbuat Şurası” auditoriyasının açılışı olub

BDU-nun Jurnalistika fakültəsində
“Azərbaycan Mətbuat Şurası” auditoriyasının açılışı olub

BDU-nun Jurnalistika fakültəsində “Azərbaycan Mətbuat Şurası” auditoriyasının açılışı olub
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Azərbaycan Mətbuat Şurası” auditoriyasının açılışı olub. Toplantıda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, BDU-nun rəhbərliyi, o cümlədən Jurnalistika fakültəsinin pedaqoji kollektivinin üzvləri və tələbələr iştirak ediblər.
BDU-nun rektoru Elçin Babayev çıxışında Jurnalistika fakültəsində peşəkar kadrların hazırlanması zamanı tələbələrin praktik bilik və bacarıqlara yiyələnmələrinin əhəmiyyətindən söz açıb. O, bu baxımdan “Azərbaycan Mətbuat Şurası” auditoriyasının əhəmiyyətli olacağına əminliyini vurğulayıb.
MŞ sədri Rəşad Məcid də “Azərbaycan Mətbuat Şurası” auditoriyasının tələbə-jurnalistlərin təcrübi biliklərə yiyələnmələrinə dəstək perspektivindən danışıb. O bildirib ki, Şuranın Şikayətlər üzrə Komissiyasının iclaslarının bu auditoriyada tələbələrin iştirakı ilə keçirilməsi nəzərdə tutulub. R.Məcid həmin iclasların jurnalist fəaliyyəti ilə bağlı nöqsanları aşkara çıxarmaq baxımından əhəmiyyətli tərəflərinə diqqət çəkib və deyib ki, tələbələr iş prosesindəki spesifik cəhətlərə nəzər salmaqla, peşəkar fəaliyyətləri zamanı səhvlərdən sığortalana biləcəklər: “Düşünürəm ki, bu, onların yetişməsində mühüm rol oynayacaq”.
MŞ sədrinin müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Azərbaycan Mətbuat Şurası” auditoriyasının yaradılması təşəbbüsünün konkret məqsədlərindən söz açıb. O, mövcud təşəbbüsün ilk növbədə Şura ilə Jurnalistika fakültəsinin əlaqələrini daha da genişləndirəcəyinə inandığını deyib. İkinci məqsəd MŞ İdarə Heyətinin üzvləri ilə tələbələr arasında müntəzəm görüşlərin təşkilidir. Üçüncü məqam MŞ-nin bəzi komissiyalarının iclaslarının fakültədə təşkilidir ki, bu, gənclər üçün maraqlı və əhəmiyyətlidir.
Toplantıda çıxış edənlərdən BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli, MŞ sədrinin müavini, ATV telekanalının prezidentinin müşaviri Səadət Məmmədova, MŞ İdarə Heyətinin üzvləri – Jurnalistika fakültəsinin kafedra müdiri, professor Qulu Məhərrəmli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları “Azərbaycan Mətbuat Şurası” auditoriyasının perspektiv faydaları ilə bağlı düşüncələrini bölüşüb, təşəbbüslərini səsləndiriblər.скачать dle 10.6фильмы бесплатно


343

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.