• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Jurnalistlər Azərbaycan Evləri haqqında

19-04-2024, 13:00 | Baxılıb: 295
“Jurnalistlər Azərbaycan Evləri haqqında

Jurnalistlər Azərbaycan Evləri haqqında

Son illər xarici ölklərdə Azərbaycan Evlərinin açılması təkcə diasporumuz arasında deyil, ölkə daxilində də rəğbətlə qarşılanır və təqdir olunur. Yaxın günlərdə Türkiyənin Kayseri şəhərində Şuşa Azərbaycan Evinin açılması ilə xaricdəki evlərin sayı 29-a çatıb. Tanınmış jurnalistlər müxtəlif ölkələrdəki Azərbaycan Evlərinin sayının artmasını, onların fəaliyyətini maraqla qarşılayıb və bu barədə fikirlərini bölüşüblər.

Qabil Abbasoğlu
Əməkdar jurnalist, Pressklub.az saytının baş redaktoru
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin açılması son illərdə atılan vacib addımlardan biridir. Niyə vacibdir? Çünki hər bir xalqın başqa ölkələrdə evinin olması həm bütövlükdə bəşəri harmoniyanın təmin olunmasına, həm də millətlərin, xalqların bir-birini daha yaxından tanımasına, birgəyaşayışı təmin etmələrinə xidmət edir. Digər tərəfdən həyatımızın gerçəkliklərindən biri budur, həm də siyasət bunu tələb edir ki, hər bir xalq, hər bir dövlət öz maraqlarının dünyanın müxtəlif yerlərində təmsil olunmasına, tanıdılmasına çalışır. Azərbaycanın da digər dövlətlər kimi öz haqlarını dünyaya tanıtmasına ehtiyac var. Azərbaycan Evlərinin yaradılmasını da bu baxımdan atılan addım kimi müsbət dəyərləndirirəm. Bu evlərin Avropada, ABŞ-də, Asiya ölkələrində açılmasına çox sevinirəm. Bunlar bütövlükdə alqışlanası addımlardır. Azərbaycanın adının, Azərbaycan bayrağının təmsil olunduğu hər yerə və bu cür evlərin yaradılmasına dəstək verdiyinə, təşkilatçılıq etdiyinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə ayrıca təşəkkür düşür.

İlhamiyyə Rza
telejurnalist
Ölkəmizin 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra işlərimiz bitdi, qisasımızı aldıq, torpaqlarımızı işğaldan azad etdik düşüncələri ilə kifayətlənməməli, qələbəmizin möhkəmləndirilməsi üçün əlimizdən gələni etməliyik. Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa işi bundan ibarət olsa da, əslində bu, həm də sadə vətəndaşların, xüsusilə də Azərbaycandan xaricdə yaşayanların üzərinə düşməlidir. Çünki bu, bir xidməti vəzifə yox, vətəndaşlıq borcudur. Bu baxımdan belə vətəndaşlarımızı təşkilatlandıran Azərbaycan Evlərinin böyük əhəmiyyəti var. Xarici ölkələrə səfər edəndə ilk axtardığım həmvətənlərimiz olur. Həmin səfərlər zamanı, illər öncə belə axtarışlarım sosial şəbəkə üzərindən kimlərisə tapmağımla kifayətlənirdi , amma Azərbaycan Evlərinə təəssüf ki, təsadüf etməmişdim. Hazırda isə mütəmadi olaraq onların açılması barədə xəbər alırıq. Kanadada Azərbaycan diasporunun işini yüksək qiymətləndirirəm. Əminəm ki, onların vətən adına etdiklərinin böyük bir qismində bu ölkədə Azərbaycan Evinin olması böyük rol oynayıb. Bu fəaliyyəti ürəkdən təqdir edirəm.

Akif Aşırlı
Əməkdar jurnalisti, "Şərq" qəzetinin təsisçisi və baş redaktoru
Dünyanın müxtəlif ölkələrində Azərbaycan Evinin açılması xaricdə yaşayan soydaşlarımızın bir araya gəlmələri, həmrəylik nümayiş etdirmələri, yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyət daşıyır. Bu gün dünyanın Azərbaycanı tanımasına, zəngi, qədim mədəniyyətə sahib olduğunu görüb, duymasına çox böyük ehtiyac var. Bu işlərin planlı, ardıcıl aparılmasında Azərbaycan Evlərinin əhəmiyyəti artır. Kayseridə bir neçə gün öncə Şuşa Azərbaycan Evinin açılmasının da tarixi əhəmiyyəti var. Bəşəriyyətin və Türk Dünyasının mənəvi zənginliyinə böyük töhfələr verən Şuşanın rəmzi mənada Türkiyədə bir evinin olması da olduqca maraqlı, düşündürücü və uzaq planlara hesablanmış əhəmiyyətli fəaliyyətin nəticəsidir. Diasporlarla İş Komitəsinin mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın və zəngin məişətimizin təbliğinə hesablanan bu layihəsi təqdir olunmalı, dünyanı Azərbaycan Evinə çevirmənin ən maraqlı modeli kimi qəbul olunmalı və dəstəklənməlidir.

Seymur Verdizadə
Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xarici ölkələrdə Azərbaycan Evlərinin açılması müsbət hadisədir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evlərinin sayının 29-a çatması təqdirəlayiq haldır. Hesab edirəm ki, Dövlət Komitəsi bu nəcib təşəbbüsü davam etdirməlidir.
Mədəniyyətimizin, xalqımıza xas olan adət-ənənələrin təbliğində Azərbaycan Evlərinin danılmaz rolu var. Azərbaycan Evləri uzun illərdən bəri ikili standartlardan əziyyət çəkən Azərbaycan xalqının haqq bağıran səsi, Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün vazkeçilməz vasitədir. Azərbaycan Evləri siyasətlə mədəniyyətin vəhdətini yaradan bir məkandır. Mübaliğəsiz deyə bilərik ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə yaradılan Azərbaycan Evləri sərhədlərimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında etibarlı bir körpüdür.

Qalib İbrahimoğlu
Bakıvaxtı.az xəbər portalının baş redaktoru
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə formalaşan Azərbaycan Evləri yarandığı gündən diqqət çəkir. Azərbaycan Evləri fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycanın kiçik modelidir. Demək, adət-ənənələrimiz həmin evlərdə də qorunur, o evlərin “sakinləri” Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün daha çox fəallıq göstərirlər. Azərbaycan Evləri xaricdəki soydaşlarımızın həm də bir araya gəlməsi, Azərbaycan naminə birlik nümayiş etdirmələri üçün məkandır. Soydaşlarımız eyni zamanda yaşadıqları ölkələrin vətəndaşlarını Azərbaycan Evlərinə dəvət edərək, Azərbaycana yeni dostlar qazandırırlar. Azərbaycan Evlərinin bundan sonra da Azərbaycanımızın tanıdılması uğrunda geniş işlər görəcəyinə inanırıq.
Jurnalistlər Azərbaycan Evləri haqqında
Jurnalistlər Azərbaycan Evləri haqqında
Jurnalistlər Azərbaycan Evləri haqqında
Jurnalistlər Azərbaycan Evləri haqqındaскачать dle 10.6фильмы бесплатно


295

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.