• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

KƏNGƏRLİDƏ SÖZƏ DƏYƏR VERƏN VƏTƏNPƏRVƏR ŞAİRƏ XURAMAN CƏFƏRLİNİN ŞEİRLƏRİ.

28-04-2024, 22:00 | Baxılıb: 767
“KƏNGƏRLİDƏ SÖZƏ DƏYƏR VERƏN VƏTƏNPƏRVƏR ŞAİRƏ XURAMAN CƏFƏRLİNİN ŞEİRLƏRİ.

"Vətənin qaziləri"

Keçib odlu, alovlu güllələr yağişindan,
Son anda qurtuldular ölümün ağuşundan,
Qələbəylə çixdilar bu torpaq savaşından,
Əllərindən, qolundan keçdilər bəziləri,
Yurda sipər oldular vətənin qaziləri.

Haqq uğrunda vuruşub,haqq yol ilə getdilər,
Şəhidlərə yoldaşlıq,şahidlik də etdilər,
Çiçək olub dağlarda,qayalarda bitdilər,
Dünyaya dönüş oldu onların əzmləri,
Yurda sipər oldular vətənin qaziləri.

Atilib meydanlara qorxmadi şəhidlikdən,
Nümunə göstərdilər mərdlikdən,igidlikdən,
Müqəddəs amal üçün əl çəkdilər dinclikdən,
Qorxmadan üstlərinə çəkdilər mərmiləri,
Yurda sipər oldular vətənin qaziləri.

Cənnətə bir an qala bu həyata döndünüz,
Kainata nur saçdı əzminiz,dözümünüz,
Son addımda,son anda vətən oldu sözünüz,
Dönmədilər geriyə daim önə,irəli,
Yurda sipər oldular vətənin qaziləri!





"Şəhidlər"

Səhər doğan günəş,axşam çıxan ay,
Yurda işıq yayan nurdu Şəhidlər.
Vətənçün verərək canlarından pay,
Ən uca zirvədə durdu Şəhidlər!

Keçdilər ömürün bahar çağından,
Həyatın,dünyanın xoş növrağından,
Nə xoş onlara ki,cənnət bağından,
Şəhadət şərbətin içdi Şəhidlər!

Onlar sayəsində səmalar açdi,
Yurdumda tər güllər ətirlər saçdı,
Xalqının başında hər zaman tacdı,
İbadət yeridir pirdir Şəhidlər!

Bir an düşünmədi keçərkən candan,
Qorxmadı sel kimi tökülən qandan,
Vətənə xidmətə getdiyi andan,
Bir adçün vuruşub durdu Şəhidlər!

O məqam yüksəkdir,ucadır hər an,
Hər insana qismət olmaz o məqam,
Şirin yuxusuna qataraq haram,
Düşmənə yaralar vurdu Şəhidlər!

Nə qədər çalişsaq haqqi ödənməz,
Bu yurdun oğlunda qeyrət tükənməz,
Yüksələn bayraqlar bir daha enməz,
Bayrağı namusu bildi Şəhidlər!

Qaldi tarixlərin daş yaddaşında,
İz qoydu yad ,qohum hər yurtdaşında,
Vətən torpağının hər qarışında,
Adıyla bir dastan yazdi Şəhidlər!






"Kaş ki,uşaq qalsaydıq"

Kaş heç böyüməsəydik,elə uşaq qalsaydiq,
Ən gözəl xəyallarla yuxulara dalsaydiq.
Yenə balaca otaq, astaca yanan soba,
Bir ana nəvazişi, hərarət verər o da.

Kaş heç böyüməsəydik, böyüməzdi dərd, qəm də,
Yıxılanda olardi gözümüzdəki nəm də.
Anam gəlib öpəydi sızlayan o yaradan,
Unutmaq olarmı heç illər keçsə aradan.

Gecələr toplaşardıq ətrafında çırağın,
Divarda kölgələrə hey olardı marağım.
Əlimizlə cürbəcür şəkillər yaradardıq,
Deyib-gülüb səs salıb,yatanı oyadardıq.

Yığılardı qohumlar, doğmalar qış axşamı,
Bəzən çıraq da sönər, yandırardıq tez şamı.
Şipşirin söhbətlərdən usanmazdıq, bezməzdik,
Heç kimdə narahatlıq, narazılıq sezməzdik.

Kaş heç böyüməsəydik, doğmalar yaşlanmazdi,
Küsüb gedən uşaqlıq həsrətlə boylanmazdi.
Kaş heç böyüməsəydik,
Bəlkə onda bu həyat belə rəngsiz olmazdı ,
Gözümdə böyütdüyüm əlçatmaz qəhrəmanlar nağıllarda qalmazdı.

Böyüdük, böyüdülər qayğılar, fikirlər də,
Yaşananlar iz qoydu ağ- qara şəkillərdə.
Ehh, nə isə eləcə fikrə daldım bir anlıq,
Əsas odu yaşasın, heç ölməsin insanliq.






"Şəhid atalari"

O məğrur qamətiniz bir gecədə büküldü,
Bağrınızdan elə bil ürəyiniz söküldü,
Qar ələndi göylərdən başınıza töküldü,
Dümağ rəngə boyandı şəvə kimi saçları,
Ürəkləri nisgilli ay Şəhid atalari!

Ata var ki, yeganə oğul payın itirdi,
Ata var ki, köç etdi həyatını bitirdi,
Onlara bütün fəsil qar-boranı gətirdi,
Övlad həsrəti oldu bu həyatda payları,
Ürəkləri nisgilli ay Şəhid atalari!

Bu vəfasız dünyaya qalmadı inamları,
Getdi övladı ilə büsbütün gümanları,
Gözlərindən axan yaş yaratdı ümmanları,
Ürəyində əmanət saxladı yaraları,
Ürəkləri nisgilli ay Şəhid atalari!

Köksünüzə sıxdınız övlad kimi bayrağı,
Gəldi övladınızın o bayraqla sorağı,
Qoxlayıb məzarına atılan son torpağı,
Son ümidi onunla dəfn eylədi qolları,
Ürəkləri nisgilli ay Şəhid atalari!

Qəlbinizdəki atəş sönməz keçsə də illər,
Bir birin əvəz edib dəyişsə də fəsillər,
Sizə övlad olmağa çalışsa da nəsillər,
Bitməz ürəyinizin sızıltısı, harayı,
Ürəkləri nisgilli ay Şəhid ataları!








"Payız"

Payız, belə tələsmə,
Gediləsi yolum var.
Sənin kimi tələsən,
Leysanin var,dolun var.

Xəzəl tökən ağaclar
Yenidən yaşıllaşar
Ömür belə deyil
İlbəil vidalaşar.

Səndən sonra qışın var,
Şaxtalı, buzlu, qarlı,
Dağ başında görünər
O dağdan da vüqarlı.

İnsanin saçlarına
Yağanda bəyaz qarlar
Gediləsi yolunun
Azaldığını anlar.

Yaz gələr, cana gələr,
Dərələrin,düzlərin.
Bir də geri qayıtmaz,
Milyonların ,yüzlərin

Tələsmə ki, yerini
Fəsillərə verəsən
Qalan qəzəllərini
Qış çürüdər biləsən!

Qoy rəngarəng yarpaqlar
Budaqlarında qalsın,
Qıyma qopub budaqdan
Torpağa meylin salsın.

Belə tələsmə payiz!
Gedib bir də dönərsən,
Borana, qara düşüb,
Yollarda üşüyərsən.

Müəllif: Xuraman Cəfərli

Kəngərli MKS-nin Qabıllı kənd filialının müdiriскачать dle 10.6фильмы бесплатно


767

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.