• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun 50 illik yubileyinə həsr olunmuş toplantı

9-05-2024, 10:00 | Baxılıb: 265
““Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun 50 illik yubileyinə həsr olunmuş toplantı


“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun 50 illik yubileyinə həsr olunmuş toplantı

Bu gün Azərbaycan Mətbuat Şurasında “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun 50 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, E.Paşasoy istedadı, zəhmətkeşliyi və peşəkarlığı ilə müasir dövr Azərbaycan mediasında özünəxas yerə malik həmkarlarımızdandır. Yubilyar jurnalistikaya cəmiyyətdə dəyər qazandırmağı bacarıb ki, bu onu fərqləndirən başlıca xüsusiyyətlərdəndir. MŞ sədri E.Paşasoyu ictimai-siyasi proseslərə münasibət baxımından öz mövqeyi ilə seçilən qələm sahibi kimi səciyyətləndirən cəhətlərə də diqqət çəkib və rəhbərlik etdiyi qurumun diplomunu ona təqdim edib.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun 50 illik yubileyinə həsr olunmuş toplantı
[medium]https://diaspor.info/uploads/posts/2024-05/1715236131_mg-20240509-wa0013.jpg[/medium
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxışında E.Paşasoyu jurnalist peşəsinin incəliklərinə bələd olan, yazıları, müsahibələri ilə cəmiyyətdə özündən söz etdirməyi bacaran yaradıcılıq adamı kimi dəyərləndirib.

MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu yubilyar jurnalistlə bağlı xatirələrindən söz açaraq bildirib ki, E.Paşasoy “Yeni Müsavat”dakı 25 illik fəaliyyəti ərzində nəşrin əsas sütunlarından birinə çevrilib. Bu statusu dolğun və bütöv xarakteri, zəhmətkeşliyi ilə qazanıb.

MŞ İdarə Heyətinin üzvü, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı da çıxışında xatirələrini bölüşərək, yubilyarın nəcib keyfiyyətlərindən, əməksevərliyindən söz açıb. O, E.Paşasoyun peşənin təəssübünü çəkən, jurnalistikaya kübarlıq qazandıran həmkar olduğunu bildirib.

Çıxış edənlərdən “Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanov, MŞ-nin icraçı katibi Əvəz Rüstəmov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, MŞ-nin icraçı katibinin müavinləri İlqar Tağıyev və Fəridə Ağazadə E.Paşasoyun media cameəsində seçilən, ictimaiyyətdə populyarlıq qazanmış, hörmətlə yanaşılan qələm sahibi olduğunu vurğulayıb, ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıblar.

Sonda çıxış edən E.Paşasoy əməyinə verilən qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Elşad Paşa (Paşasoy) Əlhüseyn oğlu 10 may 1974-cü ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub.1992-1998-ci illərdə Lənkəran Dövlət Universitetində (əvvəlki Bakı Dövlət Universitetinin Lənkəran filialı) filologiya ixtisası üzrə ali təhsil alıb. 1999-cu ildən “Ekspress” qəzetində aktiv jurnalist fəaliyyətinə başlayıb. Daha sonra “Ekspert”, “Ulus”, “Ulu Turan” qəzetlərində işləyib. 1999-cu ilin sonlarından indiyədək “Yeni Müsavat” qəzetində çalışır.скачать dle 10.6фильмы бесплатно


265

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.