“Gənclər Yaşıl Dünya Naminə”
Diaspor Gənclərinin V Yay Düşərgəsi keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində qədim Azərbaycan torpağı Laçında keçiriləcək.
Düşərgədə dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox gəncin, o cümlədən azərbaycanlıların və ölkəmizə dost münasibət bəsləyən digər xalqların gənclərinin iştirakı nəzərdə tutulur.
Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.
Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları və s. üçün gözəl fürsətdir.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini yay düşərgəsində iştirak etməyə dəvət edirik.
Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. Bundan əvvəl təşkil olunmuş düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur. Düşərgədə iştirak xərcləri tam şəkildə qarşılanacaq.
Düşərgədə iştirak etmək üçün gənclər 30 iyun 2024-cü il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.
Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatları əldə etmək üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.
Əlavə məlumat üçün əlaqə vasitələrini təqdim edirik:
Tel.: +99412 4931054
Mob.: WhatsApp: +99450 7622595
E-mail: [email protected]
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 3 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.
https://youtu.be/WDIu0k76ZvA
"Youth for the Sake of the Green World”
5th summer Camp of Diaspora Youth
5th Summer Camp of Diaspora Youth “Youth for the Sake of the Green World” will take place in Lachin, an ancient Azerbaijani land, from 1 to 7 August, 2024. State Committee on Work with Diaspora and Heydar Aliyev Foundation are co-organizers of the Camp.
More than 100 young people, including Azerbaijanis living abroad and the young members of the peoples having friendly attitude towards our country are expected to participate in the Camp.
Within a week, the participants will have the opportunity to get acquainted with the historical and cultural monuments of Lachin, as well as Karabakh, meet with members of the families of martyrs and our heroic veterans. The program will also include entertainment activities and participation in mind games.
Summer Camps are good opportunity for young people to strengthen ties with Azerbaijan, to improve their abilities to represent Azerbaijan, to boost networking skills and to make new friends.
We invite the Azerbaijanis living abroad and the youth of other nations having friendly attitude towards Azerbaijan to take part in Summer Camp of Diaspora Youth.
The youth between the ages 18-29, having good communication skills in Azerbaijani can apply for participation. The participants of the former summer camps cannot apply for the 5th Summer Camp. All expenditures of the participants will be fully covered.
The young people should fill out the form up to June 30, 2024 via the link www.diaspor.gov.az/qeydiyyat . The selection process will be carried out on two stages: admission of applications and video-interviews.
It is important to check website www.diaspor.gov.az regularly for additional information about registration process, program, selection process of participants.
For additional information you may contact:
Tel.: +99412 4931054
Mob.: WhatsApp: +99450 7622595
E-mail: [email protected]
It should be noted that Sheki, Shamakhi, Shusha and Nakhchivan cities hosted previous 4 Summer Camps of Diaspora Youth, which were jointly organized by the State Committee on Work with Diaspora and Heydar Aliyev Foundation. Hundreds of young people from more than 50 countries of the world participated in those camps.
https://youtu.be/WDIu0k76ZvA