• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin davamı kimi” adlı forum keçirilib

14-05-2024, 09:30 | Baxılıb: 241
““Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin davamı kimi” adlı forum keçirilib

Diaspor info xəbər verir ki, mayın 13-də Bakı şəhərindəki Dreamland Kompleksində “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” və “Gənclər İnkişaf Naminə İctimai Birliyi”nin birgə təşkilatçılığı ilə “Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin davamı kimi” adlı forum keçirilib. Forumda millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən sahibkar qadınlar iştirak edib.

Forumda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhid övladlarından ibarət “Zəfər Sədası” xor qrupu çıxış edib.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Huseynova “Heydər Əliyev və dövlət qadın siyasəti - Müasir dövlət qadın siyasətinin banisi” mövzusunda çıxış edib. Hicran Hüseynova dövlətin uğurlu siyasətinin nəticəsi kimi son illər qadınlarımızın sahibkarlıqda və digər sahələrdə əldə etdikləri uğurlardan danışıb. Hicran Hüseynova qeyd edib ki, müasir iqtisadiyyatda qadın sahibkarlığı kiçik və orta sahibkarlığın daha dinamik hissəsini təşkil edir. Statistik məlumatlara görə, dünyada yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaradıb. Azərbaycanda da qadınlar ildən-ilə kiçik və orta sahibkarlıqda geniş təmsil olunmağa başlayıblar. Bu isə sosial-iqtisadi inkişafın, o cümlədən, məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.Forum spikerləri sırasında yer alan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Bu gün Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət qadın və gender siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gender siyasətinin tələblərinə uyğun olaraq hazırda ölkəmizdə qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunur, bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanlar yaradılır. Qadınlarımız arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Naxçıvan Muxtar Respublikasında qadınlar yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində fəaliyyət göstərir, kənd təsərrüfatında, özəl sektorda geniş təmsil olunurlar.

Ramilə Seyidova vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında istedadlı qadınların, həmçinin sağlamlıq imkanları məhdud qadınların milli, mənəvi zənginliyimizi təbliğ edən, xalqımıza xas dəyərləri özündə yaşadan əl işlərindən ibarət sərgi-satışlar, müəyyən istedad və bacarıqlarına yiyələnmələri üçün peşə kursları təşkil olunur. Məlumdur ki, qadın siyasətinin nüvəsini təşkil edən amillərdən biri də qadın sağlamlığıdır. Qadınların sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsi daim nəzarətdə saxlanılır. Mütəmadi olaraq əhali arasında səhiyyə maarifi işi və digər maarifləndirici tədbirlər görülür. Bunun üçün mühüm olan digər tədbirlərlə yanaşı səhiyyə maarifi işi də aparılır.Sonra millət vəkili Könül Nurullayeva çıxış edib. O bildirib ki, Azərbaycan qadınının ölkənin siyasi, sosial - iqtisadi və mədəni həyatında rolu gündən günə artır. Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verməkdə davam edəcək.

Forum “Qadınların sahibkarlıq və icma inkişafı” mövzusu ilə davam edib.

“Azərbaycan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılova qadınların icma və sahibkarlıq fəaliyyətində inkişafı üçün yeniliyə, innovativ fikirlərə üstünlük verməli olduğunu vurğulayıb. Onun sözlərinə görə müasir qadınlar zamanla ayaqlaşmalı, yeni düşüncələrə sahib olmalıdır. Yalnız bu istiqamət onlara hədəfə çatmaqda kömək edə bilər.

Mövzunu Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi idarə heyətinin sədri Zemfira Ağayeva davam etdirib.

Daha sonra “Azərsun Holdinq” şirkətinin “Şokki Mokki” brendinin təşkilatçılığı ilə baş tutan “Məktəbim” layihəsində çalışan sahibkar qadınlar çıxış edərək bölgələrdə icma fəaliyyəti göstərib inklüziv təhsilə dəstəklərini forum iştirakçılarının diqqətinə çatdırıblar.

Forum iştirakçılarının “Ümumilli Lider Heydər Əliyev və qadın siyasəti”, “Uğurlu qadın formulu: Təcrübə, imkanlar və nailiyyətlər”, “Qadın siyasəti dövlətin aparıcı istiqamətlərindən biri kimi”, “Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində qadın sahibkarlığın rolu”, “Qadınlar üçün sosial sahibkarlıq” mövzularında çıxışları dinlənilib. Bir sözlə forumun hər iki panel müzakirələri mövzuya dair əhəmiyyətli fikirlərlə yadda qalan olub.
скачать dle 10.6фильмы бесплатно


241

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.