• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

KİV: Minalar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi bərpasına mane olur

14-05-2024, 21:00 | Baxılıb: 286
“KİV: Minalar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi bərpasına mane olur

Qarabağ regionunda hərbi əməliyyatlar başa çatsa da, Azərbaycanın qarşısında mürəkkəb və baha başa gələn müharibə - 30 illik münaqişənin mina və digər təhlükəli nəticələrini aradan qaldırmaq durur.
Diaspor info xəbər verir ki, bu barədə İspaniyanın "La Razon" qəzetində dərc olunan məqalədə deyilir.

Müəllif qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında irəliləyiş, o cümlədən hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi, 2024-cü ildə Berlin və Münxendə keçirilən görüşlər və s. sayəsində sülh sazişi reallaşmağa doğru gedir.

Bildirilib ki, Azərbaycan kimi ölkələrdə münaqişənin nəticələrinə dinc əhali üçün təhlükə yaradan, eləcə də iqtisadi bərpa və inkişafa mane olan minalardan çirklənmə daxildir, çünki torpaqlar minalardan təmizlənənə qədər kənd təsərrüfatı istifadəsi üçün yararsız olaraq qalır, bu proses isə uzun çəkə bilər.

“Minalar dini hüquqların ifadəsinə və mədəniyyətin nəsillər arasında ötürülməsinə də mane olur. Məsələn, Azərbaycanda Ağdaban kənd qəbiristanlığının, dini abidələrin və qəbiristanlıqların minalanması nisbətən geniş yayılmış və təəssüf doğuran taktikadır. Bu, əhalinin dini özünüifadə hüquqlarının təmin olunmasına ciddi maneələr yaradır. Bundan əlavə, öz evlərinə qayıdan məcburi köçkünlər müəyyən problemlərlə üzləşirlər. Bu da onların mədəniyyətlərini təhlükəsiz şəkildə inkişaf etdirmələrini qeyri-mümkün edir”, - məqalədə qeyd edilib.

Müəllif vurğulayıb ki, sülh və yenidənqurma səyləri kontekstində minalardan təmizləmə prosesini sürətləndirmək lazımdır: “Bu, təkcə insanların fiziki təhlükəsizliyini təmin etmək üçün deyil, həm də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində iqtisadi bərpa və sosial birliyə kömək etmək üçün prioritetə çevrilir”.скачать dle 10.6фильмы бесплатно


286

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib
Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.