• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib

15-05-2024, 12:00 | Baxılıb: 273
“Əlilliyin qiymətləndirilməsi qaydasında dəyişiklik edilib

Nazirlər Kabinetinin yeni Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişikliklər edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Diaspor.info-ya verilən məlumata görə, dəyişikliklər əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin rəsmiləşdirilməsi və qiymətləndirmə prosedurunun təkmilləşdirilməsinə, bu sahədə xidmətlərinin çevikliyinin və vətəndaş məmnunluğunun, əlillik sisteminə əlçatanlığın artırılmasına xidmət edir.

Bu vaxtadək tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən bu və ya digər şəxsin əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin (forma 88) rəsmiləşdirilməsi üçün bir çox xəstəliklərin ağır və ya yüngül olmasından, şəxsin yaşından və s. asılı olmayaraq minimum 6 ay müalicə müddəti tələb olunurdu.

Yeni dəyişikliklərə əsasən, bu tələblə bağlı dəqiqləşdirmələr aparılıb və əlilliyin qiymətləndirilməsi məqsədilə ilkin müraciət zamanı müalicə müddəti gözlənilmədən göndərişlərin rəsmiləşdirilməsinə əsas verən xəstəliklərin sayı təqribən 15 dəfə artırılaraq 5-dən 73-ə çatdırılıb.

Əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı isə xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən olunub.

Eləcə də göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar müvafiq araşdırma bitdikdən sonra artıq 3 iş günü müddətindən gec olmayaraq yox, yeni dəyişikliklərə əsasən, dərhal qəbul edilməlidir.скачать dle 10.6фильмы бесплатно


273

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.