• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

15 May Beynəlxalq Ailə Günüdür

15-05-2024, 13:00 | Baxılıb: 330
“15 May Beynəlxalq Ailə Günüdür

BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 1994-cü ildən başlanaraq hər il may ayının 15-i dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub. Olduqca əhəmiyyətli dəyərləri özündə ehtiva edən bu əlamətdar gündə dünya miqyasında bütün insanların diqqəti bir daha ailə problemlərinin həllinə yönəldilir. Ölkəmizdə bu günün qeyd olunması milli və ailə dəyərlərimizi daha da möhkəmlətmək, adət-ənənələrimizi qorumaq kimi ali məqsəd daşıyır.

Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır” deyən Ümummilli Liderimiz Heydər Əliyev hələ ötən əsrin 70-ci illərindən başlayaraq milli dəyərlərimizin qorunub yaşadılmasına, ailə dəyərlərinə qayğı ilə yanaşıb. Ulu Öndərimizin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirilib. Dahi şəxsiyyətin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Kon¬s¬titusiyasında göstərilir ki, ailə dövlətin xüsusi himayəsindədir. Əsas Qanunumuzun 34-cü maddəsində hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnun müəyyən edilməsi, nikahın könüllü razılıq əsasında bağlanılmasının təsbit edilməsi ailənin mənəvi sağlam əsaslar üzərində qurulmasını təmin edir.
1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi isə ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Ailə Məcəlləsində ailənin möhkəmləndirilməsi zərurəti, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulması, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyi, ailə üzvlərinin ailə qarşısında məsuliyyəti və onların hüquqlarının maneəsiz həyata keçirilməsi öz əksini tapıb. istiqamətində fəaliyyət göstərərək, cəmiyyətdə ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliği məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümü olan nümunəvi ailələr müəyyənləşdirilir, onlarla görüşlər keçirilir, hədiyyələr təqdim olunur, həyat təcrübələri mediada işıqlandırılır.zəminində cinayət və digər hüquqpozmaların qarşısının alınması məqsədilə polis orqanlarında profilaktiki qeydiyyatda olan 61 münaqişəli ailədə görüşlər keçirilib, onlarla söhbətlər aparılıb. Eyni zamanda 2023-cü il ərzində rayon, şəhər icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu, 2024-cü il ərzində isə bələdiyyələr yanında gender komissiyaları yaradılıb ki, monitorinq qruplarının üzvlərinə Komitə tərəfindən ekspertlərin iştirakı ilə təlimlər keçirilib. Artıq aidiyyəti rayonlar üzrə monitorinq qruplarının üzvləri ailələrdə yaranan problemlərin, eyni zamanda ailə üzvlərinin hüquqlarının pozulması hallarının aradan qaldırılması istiqamətində fəaliyyət göstərirlər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə uzunömürlü nümunəvi ailələrlə tədbirlər keçirib. Tədbirlərdə uzunömürlü nümunəvi ailənin üzvləri ilə gənclərin milli-mənəvi dəyərlərin, adət-ənənələrin, ailə dəyərlərinin qorunması, gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü, nümunəvi ailələrin evlilik təcrübələrindən yararlanmağın hər zaman önəmli rol daşıdığı, yeniyetmə və gənclərin bu dəyərlərə sahib çıxması və yaşatması istiqamətində söhbət aparılıb, uzunömürlü ailələrə hədiyyələr təqdim edilib. Həmçinin aztəminatlı ailələrin sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılıb, 7 ailəyə ehtiyaclarına uyğun köməklik göstərilib. nəzərdə tutulub ki, bu da muxtar respublikada ailə, qadın və uşaq məsələlərinin həll olunmasına yaradılan şərait və eyni zamanda onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Övladlarını milli adət-ənənələrimiz əsasında əsl vətəndaş kimi böyüdən ailələrimiz xalqımızın milli sərvəti hesab olunur. Ailə elə müqəddəs ittifaqdır ki, onun səmimiliyinə, saflığına, təmizliyinə heç bir halda xələl gətirmək olmaz. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımıza məxsus olan ailə dəyərlərinin yaşadılması və möhkəmləndirilməsi, xüsusən də erkən və qan qohumluğu nikahlarının qarşısının alınması, ümumilikdə bünövrəli və dayanıqlı ailə institutunun qorunub saxlanılması istiqamətində bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


330

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.