• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ailə münaqişəsi zəminində 9 389 sayda hüquqazidd əməlin qarşısı alınıb

21-05-2024, 10:00 | Baxılıb: 274
“Ailə münaqişəsi zəminində 9 389 sayda hüquqazidd əməlin qarşısı alınıb

Ailə münaqişəsi zəminində ötən il Daxili İşlər Nazirliyinə daxil olmuş məlumatlar üzrə görülən operativ cavab tədbirləri ilə 9 389 hüquqazidd əməlin qarşısı alınıb.
Diaspor info xəbər verir ki, bu barədə məlumat Milli Məclisin mayın 20-də keçirilən komitə iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatında öz əksini tapıb.

Beləliklə, məişət zorakılığı ilə bağlı 1 482 cinayət törətmiş 1 386 (1298 kişi, 88 qadın) şəxs məsuliyyətə cəlb olunub. Bu hüquqazidd əməllər nəticəsində 1 513 zərərçəkmiş şəxs (qadın ‐ 1 224, kişi ‐ 289) müəyyən edilib.

Statistik rəqəmlər göstərir ki, məişət zorakılığı ilə bağlı cinayət törətmiş şəxslərin əksəriyyəti kişilər, zərərçəkmiş şəxslərin isə çoxu qadınlar olub.

Məişət zorakılığı zəminində törədilən cinayətlərdən 1 236‐sı qəsdən sağlamlığa yüngül zərər vurma, 88‐i qəsdən sağlamlığa az ağır zərər vurma, 62‐i qəsdən adam öldürmə, 49‐u qəsdən sağlamlığa ağır zərər vurma, 18‐i adam öldürməyə cəhd, 6‐sı əzab vermə, hərəsi 2 fakt olmaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, qanunsuz azadlıqdan məhrum etmə, hərəsi bir fakt olmaqla özünü öldürmə həddinə çatdırma, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, 16‐ sı digər növlərdir. Həmin cinayətlərdən biri təkrar törədilib.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2023 cü ildə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub. Müraciət edənlərin 27‐si kişi, 478‐i qadın, 328‐u uşaq, 9‐u əlil, 1‐i ahıl, 2‐ si miqrant olub.

Zorakılıq törədənlərin isə 497‐ni kişi, 133‐nu qadınlar təşkil edib.

Məişət zorakılığı halları cəmiyyətin inkişafına, dövlətin ailə institutuna mənfi təsir göstərməklə bərabər, ailələrin dağılmasına səbəb olur.скачать dle 10.6фильмы бесплатно


274

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.