24 may 2024-cü il tarixdə Bakı şəhər 210 saylı məktəbin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsinin birgə təşkilatçılığı ilə 210 saylı məktəbdə 28 may - Müstəqillik günü ilə əlaqədar "Arşın mal alan məktəbin səhnəsində" adlı tədbir keçirilmişdir. Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi, Nizami rayon Yeni Azərbaycan Partiyasının nümayəndəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsinin sədri Sübut Əsədov və ümumtəhsil məktəblərin direktorları iştirak etmişdir. Tədbir məktəbin direktoru Həqiqət xanım Gülalıyevanın salamlama çıxışı ilə başlamışdır. Tədbirdə ilk öncə 2024cü il Yaşıllaşdırma ili olduğu üçün bütün iştirakçılar məktəbin həyətində ağac əkdilər. Daha sonra məktəbdə təşkil edilmiş rəsm sərgisi, Azərbaycanı təsvir edən maketlər təqdim edilmişdir. Məktəbin böyük sinif şagirdlərinin iştirakı ilə "Arşın mal alan" tamaşası səhnələşdirilmişdir. Tədbirdə ATAİAHİ Nizami rayon komitəsinin sədri Sübut müəllim, nümayəndələr və direktorlar çıxış etmişdir.