• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatı tərəfindən uşaqların cinsi mənsubiyyətə görə ayrı-seçkilikdən müdafiəsinə dair təlimlər təşkil edilib

27-05-2024, 13:30 | Baxılıb: 276
“Ombudsman Aparatı tərəfindən uşaqların cinsi mənsubiyyətə görə ayrı-seçkilikdən müdafiəsinə dair təlimlər təşkil edilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Bakı şəhəri Xətai rayonu 221 nömrəli və Xəzər rayonu 216 nömrəli tam orta məktəblərində “Uşaqların cinsi mənsubiyyətə görə ayrı-seçkilikdən müdafiəsi: tibbi-sosial və hüquqi aspektlər” mövzusunda təlimlər təşkil edilib.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əməkdaşlıqda “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən təlimlərdə Aparatın Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva Ombudsmanın uşaq hüquqlarının müdafiəsi, uşaqlara qarşı cinsi zəmində ayrı-seçkilik hallarının aradan qaldırılması sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.

Bununla yanaşı, təlim iştirakçıları gender bərabərliyi, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin formaları, erkən evlilik, təhsildən yayınma barədə mövcud qanunvericilik aktları barədə məlumatlandırılıblar.

Təlimlər zamanı müvafiq sahədə valideynlərin və təhsil işçilərinin hüquq və vəzifələri barədə ətraflı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Qeyd olunmalıdır ki, təlimlər Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 71s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası məqsədilə keçirilib.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


276

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.