• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

3-06-2024, 17:00 | Baxılıb: 266
“Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib
İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milanda "Aida " və "Orizon" Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. “Cinema Teatro Manzoni”də keçirilən gecədə Busto-Qarolfonun meri Sindako Suzanna Biondi, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin nümayəndələri, tanınmış teatr xadimləri iştirak ediblər.
Yüzlərlə insanın qatıldığı tədbir çərçivəsində Mais Nuriyevin İtalyan tələbələrindən ibarət rəqs qrupunun Azərbaycan musiqilərini ifa etmələri böyük maraq və sevinc hissi ilə qarşılanıb. Xoreoqrafın müxtəlif xarici ölkələrdə yaşayan tələbələri noyabr ayından etibarən ustadlarının yaradıcılıq gecəsinə hazırlaşıblar.
Busto-Qarolfonun meri Sindako Suzanna Biondi çıxış edərək tədbir iştirakçılarını salamlayıb və məşhur xoreoqraf Mais Nuriyevə öz ürək sözlərini çatdırıb. Milanın məşhur opera teatrının keçmiş bədii rəhbəri Cüzeppe Karboni də diaspor fəalımız Mais Nuriyevi təbrik edərək, öz xoş arzularını bildirib.
Mais Nuriyevə həsr olunmuş “Azərbaycan! Qardaşım, Sağ ol!” əsərini müəllifin özü - Milan konservatoriyasının keçmiş professoru, tanınmış musiqiçi David Qualtierinin ifa etməsini tamaşaçılar böyük maraq və alqışlarla qarşılayıblar. Daha sonra Mais Nuriyevin yaradıcılığına həsr olunmuş film göstərilib.
Qeyd edək ki, Mais Nuriyevin uzun illərlə yetişdirdiyi rəqqaslar məhz onun yaradıcılıq gecəsində iştirak üçün yenidən səhnəyə qayıdıb, müxtəlif rəqsləri ifa ediblər. Bəzi xarici ölkələrdə yaşayan tələbələri isə Mais Nuriyevə video-təbriklərini ünvanlayıblar. Tələbələri sonda Mais Nuriyevi səhnəyə dəvət edib, sürəkli alqışlarla ona öz təbriklərini çatdırıblar.
Tədbirdə bir çox beynəlxalq rəqs müsabiqələrində münsiflər heyətinin və San-Remo müsabiqəsinin münsiflər heyətinin üzvləri də iştirak ediblər.
Yaradıcılıq gecəsində İtaliya ictimaiyyətinin Azərbaycan musiqisinə sonsuz sevgisi daha qabarıq hiss olunub, iki ölkənin sənət adamlarının mədəniyyətin gücü ilə ölkələrimiz arasında dostluq körpüsü qurduğu diqqəti cəlb edib.
Çıxışlarda dəfələrlə beynəlxalq müsabiqələrin münsiflər heyətinə iştirak edən Mais Nuriyevin Avropada Azərbaycan mədəniyyətini uğurla təmsil etməsi, müxtəlif xalqların rəqslərini səhnələşdirməsi barədə danışılıb, onun zəngin yaradıcılıq nümunələri nümayiş olunub. Rəqsin dili ilə danışan xoreoqrafın geniş yaradıcılığı vərəqlənib, beynəlxalq festivallarda İtaliya və Azərbaycanı uğurla təmsil etməsi təqdir olunub. Tamaşaçılar soydaşımızı ayaq üstə alqışlayıblar.
Qeyd edək ki, Azərbaycanın mədəni sərvəti olan xalq rəqsləri sənətinin beynəlxalq aləmdə təbliği, İtaliyada diaspor fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində çox əhəmiyyətli işlər görmüş Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar artisti” fəxri adına və "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülüb, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. İstedadlı xoreoqraf bu il San-Remo Beynəlxalq Rəqs Müsabiqəsinin münsiflər heyətində də təmsil olunub.

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilibскачать dle 10.6фильмы бесплатно

266

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.