ŞƏKİ DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİNDƏ AÇIQ QAPI GÜNÜ OLUB.
Şəki Dövlət Peşə təhsili mərkəzində Açıq qapı günü ilə bağlı tədbir keçirilib. Tədbirdə baş tacımız olan Şəhid ailələri, Şəki şəhər icra hakimiyyətinin, bir sıra regional idarə və müəssisələrin, Şəkidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri, Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb Regional Bölməsinin sədri və rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Tədbirdə iştirak edən qonaqlar sözügedən təhsil ocağının tələbələri tərəfindən işlənən əl işləri, aşbaz ixtisası üzrə oxuyan tələbələrin hazırladığı şirniyyat və yeməklərlə, toxuculuq sahəsində oxuyanların hazırladığı xalçalar vəs, lə yaxından tanış oldular. Bundan ötəri təhsil ocağının həyətində geniş sərgi də təşkil olunmuşdur.
Şəki Dövlət peşə təhsili mərkəzinin məzunları artıq bu rayonda fəaliyyət göstərən ən böyük otel, istirahət mərkəzlərində çalışırlar.
Tədbirdə ilk çıxış edən Şəki Dövlət peşə təhsili mərkəzinin direktoru Şahin Şirinzadə oldu. Şahin müəllim tədbir iştirakçıları xüsusilə Şəhid ailələrinə bu tədbirə qatıldıqlarına görə öz təşəkkürünü bildirdi.
Daha sonra icra hakimiyyəti və Marxal istirahət mərkəzinin nümayəndəsi çıxış edib. Şəki Dövlət peşə təhsili mərkəzinin tələbələri və təhsil ocağıyla əməkdaşlıq edən bir çox istirahət mərkəzlərinin nümayəndələri və bir neçə tələbə Diplom və təşəkkürnamə ilə təltif olundular.
Daha sonra Şəki Dövlət peşə təhsili mərkəzinin direktoru Şahin Şirinzadənin müəllifi olduğu ""Nisgil Və Qürur "" adlı kitab hər bir şəhid ailəsinə təqdim olundu. Şəhid ailələri də öz çıxışında təhsil ocağının rəhbəri Şahin Şirinzadənin onlara göstərdiyi diqqət və qayğıya görə ona minnətdarlıqlarını bildiriblər.
Tədbirdə tələbələr öz əl işləri ilə bərabər digər bacarıqlarını da nümayiş etdiriblər.
Tədbirin sonunda aşpazlıq qrupundan olan tələbələrin hazırladığı şirniyyat və yeməklərlə çay süfrəsi və nahar edilib. Çay süfrəsi arxasında Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb Regional Bölməsinin sədri, Diaspor.info saytının baş redaktoru Əlmaniz Ələkbərliyə söz verilib:
Şəki Dövlət peşə təhsili mərkəzinin binası kiçik olsa da gördükləri işlər sözün hər mənasında məkana sığmır.
Mən ilk dəfə belə bir müəssisə görürəm ki, qısa müddət ərzində bu qədər inkişaf etsin. Belə çıxır ki, rəhbərdən çox şey asılıdır, yəni rəhbəri işgüzar olan müəssisə bütün kollektivi də yaxşı mənada işlədə bilər. Sizin təhsil ocağının kiçik binası olmasaydı çəkilişə baxan düşünərdi ki, bu peşə təhsili mərkəzi hansısa Avropa ölkələrindədir.
Sərgidə diqqətimi Baytarlıq qrupu çəkdi. Bu gün sözün əsl mənasında sizin təhsil ocağında olan ixtisaslar sanki vətəndaşların istəyi ilə açılıb. Masanın üzərinə qoyulmuş bütün qida məhsulları, tələbələrin geyindiyi xüsusilə seçilən paltarları belə sizin tələbələr hazırlayıb.
Mənə elə gəlir ki, sizin bu iş planınız bütün respublika peşə təhsili mərkəzlərində tətbiq olunmalıdır.
Mən də bir jurnalist kimi Sizin peşə təhsili mərkəzinin ixtisas qruplarını oxucularımıza da təqdim edəcəyəm ki, bu təhsil ocağını daha çox insan tanısın.
Yüksək texniki peşə təhsilini bitirərək
subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər
orta ixtisas təhsilini bitirmiş subbakalavrlara
bərabər hesab olunur;
Subbakalavr peşa-ixtisas dərəcəsi alan tələbələr
müvafiq ixtisaslar üzrə Ali təhsil müassisələrinə
imtahansiz qəbul olmaq hüququ əldə edir;
Təhsil müddəti 3-4 il olan bu tədris proqraminda
təhsil alan tələbələr nəzəri biliklərlə yanaşı
maksimum praktik bacarıqlara da yiyələnirlər.
TAM (11-iLLiK) ORTA
TƏHSİL BAZASINDAN
1. Siğorta işçisi (Texniki peşə təhsili) -1illik
2.Aşpaz - ödənişli (Texniki peşə təhsili) -1 illik
3. Aşpaz Dual (Texniki peşə təhsili) -1 illik
4. Turizm təşkilatçısı (Texniki peşə təhsili) -1 ilik
5. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru
(Texniki peşə təhsili) -1 illik
6. Turizm sahəsində iaşə üzrə mütəxəssis (Texniki peşə təhsili) -1 illik
7. Mehmnanxana inzibatçısı (Texniki peşə təhsili) - 1 illik
8. Baramaçı Dual (Texniki peşə təhsili) 1-illik
9. Kombi kondisioner ustası (Texniki peşə təhsili) -1 illik
10. Avtomobillərin təmiri çilingəri (Texniki peşə təhsili) -1 illik
11. Kompüter sistem inzibatçısı -ödənişli (illik peşə ixtisas təhsili) 6 ayliq
12. Bitkiçilik mütəxəssisi (Texniki peşə təhsili) -1 illik
13. Heyvandarliq mütəxəssisi (Texniki peşə təhsili) - 1illik
14. Arıçı (Texniki peşə təhsili) - 1 illik
15. Elektrik qaz qaynaqcısı ( (Texniki peşə təhsili) - 1 illik
16. Dərzi (Texniki pesə təhsili) -1 illik
ÜMUMİ (9-İLLİK) ORTA
TƏHSIL BAZASINDAN
1. Mühasibat Uçotu
(Yüksək texniki peşə təhsili)
4 illik
2. Kompüter sistem inzibatçısı
(ilk peşə ixtisas təhsili)
1 illik
3. Dərzi
(Texniki peşə təhsili)
Tam orta təhsil almaqla
3 illik
4. Avtomobillərin təmiri, çilingəri
(Texniki peşə təhsili)
2 illik
5. Aşpaz
(Texniki peşə təhsili)
2 illik
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Birliyi
Şimal-qərb regional bölməsinin sədri
Diaspor.info saytının baş redaktoru