• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Danimarkada yaşayan azərbaycanlı həkim-alim beynəlxalq səviyyədə daha bir uğura imza atıb

4-06-2024, 18:00 | Baxılıb: 272
“Danimarkada yaşayan azərbaycanlı həkim-alim beynəlxalq səviyyədə daha bir uğura imza atıb

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin sədri, İnsan Miqren Araşdırma Birliyinin direktoru Məsud Aşina nüfuzlu Kral Danimarka Elmlər və Ədəbiyyat Akademiyasının üzvü seçilib.
280 ildən çox yaşı olan Kral Danimarka Elmlər və Ədəbiyyat Akademiyası Avropanın nüfuzlu elmi mərkəzlərindən biridir. Bu günlərdə Akademiyaya seçilən 18 yeni üzv arasında azərbaycanlı alim Məsud Aşinanın olması ölkəmiz üçün qürurverici haldır. Soydaşımız zəngin elmi tədqiqatları və Danimarkada müxtəlif sahələr arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə akademiyanın yeni üzvləri sırasına daxil edilib.
Akademiyaya üzv seçilənlər Danimarkada elm və fənlərarası anlaşmanı gücləndirən cəmiyyətin fəal üzvünə çevrilir. Kral Danimarka Elmlər və Ədəbiyyat Akademiyası fundamental elmi tədqiqatların bütün sahələrindən olan tədqiqatçıları əməkdaşlıq və birgə fəaliyyət məqsədilə özündə cəmləşdirir. Akademiya çərçivəsində elmi müzakirələr, simpoziumlar, mühazirələr, təqdimatlar təşkil olunur, habelə beynəlxalq nəşrlər buraxılır, əməkdaşlıq həyata keçirilir, həm tədqiqat, həm də beynəlxalq iqlim siyasəti, dövlət idarəçiliyi , təhsil və elmi tədqiqatların yayılması reallaşdırılır.
Akademiyaya yeni seçilən üzvlər Danimarkada tədqiqatçılar və tədqiqatlar üçün yaxşı şəraitin yaradılması işində də yaxından iştirak edəcəklər.
Qeyd edək ki, dünya şöhrətli həkim alimimiz "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının laureatıdır, “Diaspor fəaliyyətində xidmətinə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub, Prezident İlham Əliyevin fərmanı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasına daxil edilib.
Xatırladaq ki, Məsud Aşina “Ən yaxşı elmi təqdimat” üzrə “Moqens Foq” mükafatı, nevrologiyada elmi nailiyyətlərinə görə “Roşe” mükafatı, “Qlakso Smit Klayn” tədqiqat mükafatı, “Monrad-Krohns” mükafatı və “TÜBA – Beynəlxalq Akademiya Mükafatı” ilə təltif olunub.
Məsud Aşina “Miqrenin patofiziologiyası” kitabının, beynəlxalq tibbi nəşrlərdə baş ağrıları və miqrenlə əlaqədar dərc edilmiş 400-dən çox məqalənin müəllifidir. Onun PubMed-də (1997-2017) tam olaraq 158 qeydiyyatdan keçmiş yazısı var.
O, 2021-ci ildə baş ağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.

скачать dle 10.6фильмы бесплатно


272

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib
Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb
İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir
Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.