Ana səhifə XəbərlərCəmiyyət
Heydər Əliyev - 100 Heydər Əliyev Muzeyi
İrandan plastik su qablarında külli miqdarda heroinin Azərbaycana keçirilməsinin qarşısı alınıb
CƏMİYYƏT
11:30 11.06.2024
A- A A+
Paylaş
sharethis sharing button
İrandan Bakıya gətirilən “plastik mətbəx əşyaları və şüşə qablar” yükündə 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.
Bu barədə Diaspor.info-ya Dövlət Gömrük İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib: "Yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib".
Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.