• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Fransa hökumətinin media nümayəndəsi ilə bağlı qərəzli hərəkətinə Ombudsmanın reaksiyası

13-06-2024, 12:00 | Baxılıb: 312
“Fransa hökumətinin media nümayəndəsi ilə bağlı qərəzli hərəkətinə Ombudsmanın reaksiyası



Fransa hökumətinin media nümayəndəsi ilə bağlı qərəzli hərəkətinə Ombudsmanın reaksiyası

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi tərəfindən Almaniyanın Bonn şəhərində keçirilən tədbirdə iştirak etmək üçün həmin ölkəyə səfər etmiş azərbaycanlı jurnalist 11 iyun tarixində Köln/Bonn Hava Limanında saxlanılmış və ona Fransa tərəfindən Şengen ərazisinə girişinin bloklanması barədə məlumat verilmişdir. Həmin tədbirə dəvət edilmiş azərbaycanlı jurnalist bir neçə saat hava limanında saxlanıldıqdan sonra Almaniyanın müvafiq orqanları tərəfindən həyata keçirilmiş araşdırmalar nəticəsində bu tələbə dair hər hansı qanuni əsasın olmadığı aydınlaşdırılmış və bundan sonra jurnalistin ölkəyə girişinə icazə verilmişdir.  

Azərbaycanlı jurnalistə qarşı bu cür pis rəftar beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də söz, media azadlığı hüququnu,  informasiya əldə etmək hüququnu kobud şəkildə pozur, eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyətinə məhdudiyyətin tətbiq olunmasına rəvac verir.

Qeyd olunmalıdır ki,  Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən, hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Eyni zamanda, Fransa iştirakçısı olduğu “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına da zidd hərəkət etmişdir.

Xüsusilə bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınmaqla, məhz iqlim dəyişikliyi mövzusuna həsr edilmiş tədbirdə Azərbaycanın media nümayəndəsinin iştirakına bu şəkildə maneə törədilməsi yolverilməzdir.

Fransanın siyasi münasibətlər, habelə əsassız qərəzli yanaşmalar səbəbindən jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə əngəl törətməsi, habelə hərəkət azadlığını məhdudlaşdırmağa yönəlmiş bu cür addım atması aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən pislənilməli və məsələ ilə bağlı zəruri araşdırmalar aparılmalıdır.

Səbinə Əliyeva

Azərbaycan Respublikasının 
İnsan Hüquqları üzrə Müvəkkili 
(Ombudsman)

13 iyun 2024-cü ilскачать dle 10.6фильмы бесплатно


312

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.