• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ombudsman Aparatının əməkdaşı Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Tərəfdaşlığının (UNPRPD) giriş təlimində iştirak edib

14-06-2024, 16:00 | Baxılıb: 320
“Ombudsman Aparatının əməkdaşı Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Tərəfdaşlığının (UNPRPD) giriş təlimində iştirak edib

Ombudsman Aparatının əməkdaşı Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Tərəfdaşlığının (UNPRPD) giriş təlimində iştirak edib

BMT-nin Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Tərəfdaşlığının (UNPRPD) Birgə Proqramının çarpaz yanaşmalar və ilkin şərtlərlə əlilliyin inklüzivliyinin inkişafına dair giriş təlimi çərçivəsində “Heç kəs kənarda qalmamalı: Əlillik inklüzivliyinə keçidə tələb olunan mühitin yaradılması” adlı təlim-seminar keçirilib.
BMT-nin müxtəlif ixtisaslaşmış qurumlarının Azərbaycandakı nümayəndəliklərinin, aidiyyəti dövlət qurumlarının, habelə əlilliyi olan şəxsləri təmsil edən qeyri-hökumət təşkilatlarının təmsil olunduğu həmin təlimdə Ombudsman Aparatının nümayəndəsi qismində Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun baş məsləhətçisi Şəhla Aslanova iştirak edib.
Ombudsman Aparatının əməkdaşı Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Tərəfdaşlığının (UNPRPD) giriş təlimində iştirak edib
Altı gün davam etmiş təlim çərçivəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasının müddəaları təhlil edilməklə əlillik anlayışı, əlilliyi olan şəxslərlə bağlı yanaşmalarda tətbiq olunmalı ilkin şərtlər, sektorlararası koordinasiya, hesabatlılıq, əlillik və gender həssaslığı, habelə iqlim dəyişikliyinin mümkün təsirləri kimi mövzular əhatə olunub. Eyni zamanda, Konvensiyada təsbit olunmuş hüquqlar və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri arasında qarşılıqlı əlaqə, inklüzivliyin və müyəssərliyin təşviqi mövzusuna toxunulub.
Təlimdə iştirakçılar arasında aidiyyəti mövzular üzrə qrup işləri formasında geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Müzakirələr zamanı Ş.Aslanova “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanuna edilmiş son dəyişikliyə əsasən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın təşviqi və monitorinqi üzrə müstəqil monitorinq mexanizminin səlahiyyətlərinin Ombudsmana verildiyini diqqətə çatdırıb.
Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно

320

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.