QƏRBİ AZƏRBAYCANA QAYIDIŞLA BAĞLI FESTİVAL KEÇİRİLƏCƏK
Tarixi Qərbi Azərbaycana qayıdış festival-konqresi üçün bir gün qalır. Bütün hazırlıq işləri məqsədyönlü olaraq davam etməkdədir. Festivalda İcra Hakimiyyətləri və digər strukturlar işlərini tamamlamaq üzrədir. Ölkəmizin dilbər güşəsi olan Batabat Yaylağında tam bir bayram əhval ruhiyyəsi var. Bütün hazırlıq işləri də elə bu duyğularla davam etməkdədir.
Təşkilatçılarından biri də Naxçıvan Dövlət Universitetinin olduğu bu mötəbər tədbir, yüksək vətənpərvərlik ruhunun ifadəsi olaraq hər kəsə sevinc bəxş etmədədir. Tarixi torpaqlarımıza qovuşmanın, ərazi bütövlüyümüzün və suvürenliyimizin təmin olunmasının böyük qürurunu yaşatmaqdadır.
Bu festival, həm də tarixi milli adət və ənənələrimizin, ümumilikdə isə, milli - mənəvi dəyərlərimizin qorunması sahəsində, keçmişdən gələcəyə miras qalan dəyərlərimizin daha da inkişafı və gələcək nəsillərə etibarlı olaraq istinad, güvənc və iftixar mənbəyi olacaq.
Naxçıvan Dövlət Universitetinin sevimli Rektoru və festival-konqres üçün təhkim olunan bütün əməkdaşları yüksək həvəslə, sevgi ilə, təcrübə, doğmalıq və məsuliyyətlə hazırlıq işləri hər keçən an peşəkarlıqla tamamlanmaq üzrədir. Artıq obalar-çadırlar qurulmuşdur. Çadırların içərisində müvafiq dizayn işləri görülməkdədir.
[center]