• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Cəbrayılda baş vermiş mina partlayışlarına Ombudsmanın reaksiyası

21-06-2024, 15:30 | Baxılıb: 296
“Cəbrayılda baş vermiş mina partlayışlarına Ombudsmanın reaksiyası


Cəbrayılda baş vermiş mina partlayışlarına Ombudsmanın reaksiyası

İşğal dövründə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında basdırılmış minalar mülki şəxslərin və hərbi qulluqçuların həyatına təhlükə yaratmaqda və son qoymaqda davam edir.
Son iki gündə işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində baş vermiş partlayışlar nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı vəfat edib, bir neçə mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İşğaldan azad edilmiş ərazilərimizdə basdırılmış minalar və partlamamış hərbi sursatlar bölgədə bərpa və yenidənqurma işlərinin icra edilməsinə, keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıdışına və bu torpaqlarda yaşayışına, eləcə də ekoloji problemlər və onların yaratdığı fəsadlarla mübarizə dövründə sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törədir.
Ermənistan tərəfindən otuz ilə yaxın işğal dövründə basdırılmış minaların dəqiq xəritələrinin təqdim olunmaması isə onların beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyini hələ də açıq şəkildə nümayiş etdirməkdədir.
Beynəlxalq təşkilatlar Ermənistanın mina terroruna biganə qalmamalı, törədilən hərbi və ekoloji cinayətlərə, humanitar hüquq pozuntularına, o cümlədən uşaq hüquqlarının kobud şəkildə pozulmasına sərt reaksiya verməli, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi istiqamətində bu ölkəyə ciddi təsirlər göstərməlidir.

Mətbuat xidmətiскачать dle 10.6фильмы бесплатно


296

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.