• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir

22-06-2024, 19:00 | Baxılıb: 326
“Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Almaniyada daha bir mühüm tədbir – “Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu” öz işinə başlayıb. Forumda Avropadan 125 mühəndis, alim, eləcə də tanınmış və nüfuzlu diaspor nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşı Əli Xəlilov və digər qonaqlar iştirak edirlər.
Forumun əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun forum iştirakçılarına təbrikində bildirilib ki: “Mühəndislər forumu müzakirə və əməkdaşlıq üçün konstruktiv bir platformadır. Bu gün mühəndislərimizin, fərqli mühəndislik sahələrində işləyən azərbaycanlı mütəxəssislərin foruma toplaşması bilik, təcrübə və ideyaların mübadiləsi üçün unikal bir imkan yaradır. Komitə olaraq biz də öz növbəmizdə xaricdə yaşayan mühəndislərimizi və alimlərimizi dəstəkləyir, onlara karyera və inkişaf üçün imkanlar yaratmağa çalışırıq”.
Forumda Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Köln Universitetinin dosenti, Almaniya Azərbaycanlıları Alyansının İdarə heyətinin sədri Nuran Abdullayev, Alman Azərbaycan Mədəniyyət Evinin həmtəsisçisi, Köln Azərbaycan Evinin həmsədri Altay Rüstəmov və başqaları çıxış ediblər. Çıxışlarda forumun əhəmiyyəti, aparılan müzakirələrin elmi faydaları, azərbaycanlı mühəndislərin bilik və bacarıqlarından səmərəli istifadənin üstünlükləri diqqətə çatdırılıb, iştirakçılara uğurlar arzulanıb.
Bu il ölkəmizdə keçiriləcək COP29-la bağlı videoçarx nümayiş olunduqdan sonra Avropanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlı alim və mütəxəssislər müxtəlif mövzularda təqdimatlar ediblər.
Berlin Tibb Məktəbi və Berlin Biznes Məktəbi, Sistem Administratoru Rauf Abdullayevin moderatorluğunda keçən Forum öz işini panel müzakirələri ilə davam etdirib.
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdə yaşayan mütəxəssislərin iştirakı ilə ixtisaslaşmış forumlar təşkil edir. Bu günədək xaricdə yaşayan azərbaycanlı alimlərin və həkimlərin bir neçə forumu təşkil olunub. Həmin forumlar Azərbaycan diasporu arasında böyük rəğbətlə qarşılanıb.
[center]Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir
Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir
Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir
Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilirскачать dle 10.6фильмы бесплатно


326

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.