• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Pediatr alim: Erkən nikah ümidli gələcəyin qarşısına qoyulan maneədir

23-06-2024, 13:00 | Baxılıb: 381
“Pediatr alim: Erkən nikah ümidli gələcəyin qarşısına qoyulan maneədir

Pediatr alim: Erkən nikah ümidli gələcəyin qarşısına qoyulan maneədir
Çox təssüf ki, erkən nikah problemi və qohum evliliklər bu gün də cəmiyyətimizin aktual problemi olaraq müzakirə edilməkdədir. Xüsusilə də qız uşaqlarının erkən nikaha daxil olmağa məcbur edilməsi, nəticə etibarilə onların cinsi istismara, fiziki və psixoloji zorakılığa məruz qalmasına və təhsildən uzaqlaşmasına səbəb olur. Eyni zamanda, tez-tez baş tutan qohum evliliklər sonrası dünyaya gələn uşaqların genetik xəstəliklərlə doğulması riski daha yüksək olur. Bu hallar da cəmiyyətdə sağlam ailələrin formalaşmasında mənfi nəticələr doğurur.
Pediatr alim: Erkən nikah ümidli gələcəyin qarşısına qoyulan maneədir
Bu fikirləri Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı bildirib.
Qeyd edib ki, beynəlxalq səviyyədə qəbul edilmiş bir çox sənədlərdə dövlətlər üzərinə nikaha hər iki tərəfin sərbəst və həqiqi razılığı ilə daxil olmasının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi tələb olunur: “BMT-nin Uşaq Hüquqlarının Qorunması Komitəsinin mövqeyinə əsasən, “Uşaq hüquqları haqqında Konvensiya” uşaqların nişanlanması və nikahına da tətbiq edilir və konvensiyanın 24-cü maddəsinin 3-cü bəndi üzv dövlətlər üzərinə uşaqların sağlamlığına xələl gətirə biləcək ənənələrin və adətlərin ləğv edilməsinə dair bütün tədbirləri həyata keçirmək öhdəliyi qoyur. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri sırasında 2030-cu ilə qədər hər kəsin cinsi və reproduktiv sağlamlıq hüquqlarının təmin edilməsi, o cümlədən bütün qarşısı alına bilən ölüm hallarına son qoymaqla yeni doğulmuş uşaq və ana ölümlərinin azaldılması, ailə planlanması, bu sahədə məlumatlandırma və təhsil üçün əlçatanlığın təmin edilməsi kimi hədəflər müəyyən edilib”.
Alim erkən yaşda hamiləlik və uşaq dünyaya gətirmənin qadınların sağlamlığı, o cümlədən reproduktiv sağlamlığı üçün yaratdığı acı nəticələrə də diqqət çəkib: “Erkən hamiləlik travma və vaxtından əvvəl doğuş riski kimi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə də ananın arzuolunmaz hamiləlik keçirməsi bir çox xəstəliklərə yol açır. Bu uşaqlar erkən yaşda hamiləlik dövründə qalıcı fiziki və psixoloji problemlərlə üzləşirlər. Belə vəziyyətdə doğan ana və uşaq ölümləri riskinin artdığı müşahidə edilməkdədir. Bir çox araşdırmada da ifadə edildiyi kimi, gənc yaşda evlənən qızların qeyd olunan sağlamlıq problemlərindən başqa, anemiya və az çəkili yeni doğulmuş körpələr, perinatal ölüm, depressiya və bununla bağlı intihar riskləri, həyəcan, qorxu, ümidsizlik və digər vəziyyətlərlə üzləşdikləri görülür. Hələ fiziki və mənəvi yetkinliyə çatmamış qızların öz uşaqlığını yaşamadan analığı qəbul etməsi acınacaqlı haldır. Çünki qızlar cinsi sağlamlıq haqqında kifayət qədər biliklərə malik deyillər və buna görə də hamiləlikdən qorunmaq yollarını bilmirlər. Odur ki, erkən yaşda evli qızların HİV infeksiyasına yoluxma ehtimalı daha yüksəkdir və bu uşaqlar doğum sonrası depressiyaya məruz qalırlar. 18 yaşından əvvəl evliliklər HİV infeksiyası baxımından riskli olmasını tədqiqatlar da təsdiq edir”.
Təranə Tağızadə UNICEF-in verdiyi açıqlamanı sitat gətirib: “2030-cu ilə qədər dünyada 150 milyondan çox qızın erkən yaşda (18 yaşına çatmamış) ərə veriləcəyi bildirilir. Baxmayaraq ki, dünyaya uşaq nikahlarının qarşısını almaq üçün fəaliyyət göstərən təşkilati strukturlar çoxdur, amma qeyd olunan mövzuda neqativ hallar cəmiyyətlərdə yaşanmaqdadır. Biz həkimlər də bu halların aradan qaldırılması istiqamətində maarifləndirmə işləri aparmaqla insanları bu məsələdə həssas olmağa çağırırıq. Valideynlər bilməlidirlər ki, övladlarının yaşadıqları bu problemlər ömür boyu davam edəcək dərin yaralar buraxaraq ciddi travmalara səbəb ola bilər. Bu səbəbdən “erkən nikah” ifadəsi təkcə qızların həyat yoldaşı ilə həyatlarını davam etdirmələrinin təmin edilməsi mənasına gəlmir. Bu, həm də onların ümidli gələcəyinin qarşısında qoyulan maneə kimi qəbul edilməlidir”.
Alim çıxışında qan qohumluğuna əsaslanan nikahlar nəticəsində doğulan uşaqların sağlamlıq problemlərinə də toxunub, onlar arasında xeyli sayda anadangəlmə qüsurların baş verdiyini deyib: “Bu cür evliliklər genetik quruluşu pozan patologiyalara səbəb olur və oxşar vəziyyətin təkrarlanması gələcək həyatı təhlükə altına alır. Qohum evliliyi daha çox anadangəlmə qüsur riskini artırır, eyni zamanda doğulan uşaqlarda otosomal resessiv xəstəliklər yaranır. Qohum nikahdan törənən xəstəliklər düşünüldüyündə təkcə fiziki qüsurlar deyil, həm də anadangəlmə olub ölümlə nəticələnən xəstəliklər görülməkdədir. Ən çox rast gəlinən xəstəliklərdən biri əqli geriliyə yol açan bir xəstəlik olan fenilketonuriyadır. Bu sıradan olan xəstəliklərə inkişaf pozğunluğu, zehni gerilik, kistik fibroz, o cümlədən göz, qulaq, əzələ - sinir, ürək - damar və şəkər xəstəlikləri, qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və digərləri daxildir”.
Təranə Tağı-zadə onu da vurğulayıb ki, ölkəmizdəki vəziyyəti dəyərləndirdiyimiz zaman qohum evliliklərinin xüsusilə kənd yaşayış məntəqələrində olduğu diqqəti çəkir.скачать dle 10.6фильмы бесплатно


381

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması

Ombudsman Səbinə Əliyeva V “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edib

Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib

Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Quba rayonunda məktəblilərin iştirakı ilə tədbir keçirilib

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb

Milli Məclisin növbəti plenar iclası keçirilir

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.